MDB
Gerasimov Putinə böyük hücum planını AÇIQLADI
Rusiya Silahlı Qüvvələri cəbhə xətti boyunca aktiv hücum əməliyyatları aparır və məqsədyönlü şəkildə Ukraynanın hərbi-sənaye kompleksinə aid obyektlərə zərbələr endirir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinə Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən müşavirədə Baş Qərargah rəisi Valeri Gerasimov məruzə edib.
Baş Qərargah rəisinin sözlərinə görə, Rusiya ordusu bir neçə əsas istiqamətdə təzyiqi artırır.
“Baş Qərargahın planlarına uyğun olaraq Ukraynanın hərbi obyektlərinə və hərbi-sənaye kompleksinə qarşı kütləvi zərbələrin endirilməsi davam edir,” — deyə Gerasimov bildirib.
O əlavə edib ki, hədəflər arasında raket kompleksləri və pilotsuz uçuş aparatları istehsal edən müəssisələr də var.
Onun məruzəsinə əsasən, ən şiddətli döyüşlər “Mərkəz” qoşun qruplaşmasının məsuliyyət zonasında — Krasnoarmeysk və Dnepropetrovsk istiqamətlərində gedir.
“Ukrayna komandanlığı hücumumuzu dayandırmaq üçün bu istiqamətlərə digər sahələrdən, o cümlədən strateji ehtiyatlardan ən döyüş qabiliyyətli bölmələri cəlb edib. Buna baxmayaraq, düşmənin müqavimətini dəf edərək ‘Mərkəz’ qruplaşmasının birləşmələri və hərbi hissələri hücumu davam etdirir,” - deyə Gerasimov vurğulayıb.
O qeyd edib ki, cəbhənin digər sahələrində də Rusiya qoşunlarının irəliləməsi müşahidə olunur:
"Xarkov istiqamətində “Qərb” qruplaşması “Kupyanskın cənub məhəllələrində düşmənin məhvini başa çatdırır” və uğurla Krasnıy Liman istiqamətində irəliləyərək Yampolu azad edir.
Zaporojye və Dnepropetrovsk vilayətlərində “Şərq” qruplaşması “düşmənin müdafiə dərinliyinə doğru hücumu davam etdirir.”
Zaporojye istiqamətində “Dnepr” qruplaşmasının qoşunları Primorskoye və Stepnogorsk yaşayış məntəqələrinə nəzarət uğrunda döyüşlər aparır".
Hüseyn İbadlı
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO


































.jpg)


