MDB
Putin ad gününü belə keçirdi
Rusiya Prezidenti Vladimir Putin ad günü münasibətilə Sankt-Peterburqa səfər edib və orada qoşun qruplaşmalarının komandanları ilə müşavirə keçirib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kreml nümayəndəsinin sözlərinə görə, bu gün Rusiya Prezidenti Vladimir Putin günün birinci yarısında Sankt-Peterburqdakı Petropavlovsk qalasında yerləşən Petropavlovsk kilsəsini ziyarət edib.
Peskov əlavə edib ki, Prezidenti Rusiya müdafiə naziri Andrey Belousov, FSB direktoru Aleksandr Bortnikov, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və qoşun qruplaşmalarının komandanları müşayiət ediblər. Müşavirə zamanı Putinə döyüş təmas xəttindəki operativ vəziyyət barədə məruzə təqdim olunub.
Xatırladaq ki, oktyabrın 7-də Putin 73 yaşını qeyd edib.
Kremldən bildirilib ki, ad günü münasibətilə Rusiya Prezidentinə bir çox xarici ölkə rəhbərləri və hökumət başçıları tərəfindən təbriklər göndərilib. Məsələn, MDB ölkələrinin liderləri - Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko və digərləri telefonla təbrik ediblər.
Hüseyn İbadlı
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO


































.jpg)


