MDB
Putinin adını daşıyan yeni rayon açıldı - FOTO
Çeçenistanın paytaxtı Qroznı şəhərində Rusiya Prezidenti Vladimir Putinin adını daşıyan yeni rayon açılıb.
Publika.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.
Onun sözlərinə görə, layihə çərçivəsində 330 min kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib. Açılış Vladimir Putinin bu gün qeyd olunan ad gününə həsr olunub.
“Simvolikdir ki, bu açılış məhz milli liderimizin doğum günündə, həmçinin onun adını daşıyan rayon və Çeçenistan paytaxtına həsr olunmuş ildə baş tutdu,” — deyə respublika rəhbəri öz "Telegram" kanalında yazıb.
O, hadisənin region sakinləri üçün əhəmiyyətini vurğulayıb və layihənin Çeçenistan tarixində ən böyük layihələrdən biri olduğunu qeyd edib.
Kadırovun verdiyi məlumata görə, yeni rayon yaşayış binaları, sosial obyektlər və infrastrukturdan ibarətdir. Hakimiyyət orqanları ümid edirlər ki, yeni mənzillərin istifadəyə verilməsi Qroznıda mənzil növbəsini azaltmağa və minlərlə ailənin yaşayış şəraitini yaxşılaşdırmağa kömək edəcək.
Hüseyn İbadlı
-
Magazin206:16Nəsrinin serialına görə kanal cəzalandırıldı - FOTO
-
Sosial05:45Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü - VİDEO
-
İdman03:13Dünya çempionatının açılışında BƏDBƏXT HADİSƏ
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”


































