Diplomatiya və müharibə arasında: İran niyə yenidən bombalanır?
Bizi izləyin

Nida Təhlil

Diplomatiya və müharibə arasında: İran niyə yenidən bombalanır?

Diplomatiya və müharibə arasında: İran niyə yenidən bombalanır?

ABŞ və İran arasında yenidən başlanan hücumların səbəbləri fonunda toqquşan və uzlaşan maraqlar ortaya mürəkkəb mənzərəni çıxarır: Vaşinqton və Təl-Əvivin yekun həllə dair fikir ayrılığı olduğu kimi, İran daxilində də ziddiyyətli mövqelər var - uzlaşmanın tərəfdarları ABŞ-la, əleyhdarları İsraillə paralel hərəkət edir;

Masadakı anlaşma planı nə İsrailə, nə də İrana - daxildəki radikal kəsimə sərf etmir. Nüvə proqramından imtina, zənginləşdirilmiş uranın çıxarılması, proksi qüvvələrin “tərk edilməsi” kimi məsələlərdə ABŞ və İsrail ortaq mövqedən çıxş etsə də, Təl-Əviv ümumiyyətlə rejimi gələcək təhlükəsizliyinə təhdid kimi qəbul edir. Digər tərəfdən, İranla anlaşmaq üçün mütləq güzəştin edilməsi reallığı ilə barışmır. İranda bu tələblərin müzakirə edilməsi, qarşılığında güzəştlər əldə edilməsini istəyənlər olsa da, SEPAH Hörmüz boğazına nəzarət imkanından imtina etmək niyyətində deyil. Bir tərəfdə İsraillə anlaşılmazlıq yaşayan ABŞ digər tərəfdə SEPAH amili ilə üzləşib.

Hücumların yenidən bərpa edilməsinin birinci səbəbi kimi mövqelərin mürəkkəbliyi görünür. Və bu prosesdə Hizbullah İran daxilindəki əleyhdarlarla İsrailin danışıqlar masasına təzyiq kartıdır.

- SEPAH Hizbullahın da atəşkəs planına daxil edilməsi tələbi ilə danışıqlar prosesini çətinləşdirir;
- İsrail müzakirələrin nəticəsizliyini təmin etmək məqsədilə Hizbullaha qarşı əməliyyatları davam etdirir;

ABŞ-ı zərbələri bərpa etməyə məcbur edən helikopterin vurulması da
İsrailin Beyrut ətrafına zərbələri və İranın cavab atəşinin məntiqi davamıdır. Toqquşmaların davamlı olacağı gözləntisi isə azdır, çünki uzunmüddətli müharibə İsrail istisna olmaqla, tərəflərdən heç birinə sərf etmir və zərbələrin yenidən bərpa edilməsinin ikinci və əsas səbəbi İranı danışıqlar masasında geri addım atmağa məcbur etməkdir. Trampın son açıqlaması – “bu gecə İrana güclü zərvə endirəcəyik və tezliklə Xark adasını ələ keçirəcəyik” mesajı da buna hesablanıb.

Xarkı ələ keçirməyin mümkünlüyü sual altında olsa da, neft təchizatı zəncirinin əsas halqası olan ada ilə bağlı təhdid İranı danışıqları bərpa etməyə sövq edə bilər. Lakin masada həll yolunun tapılması qeyri-mümkün görünür, hətta az ehtimal olan nəzəri anlaşma əldə olunsa belə, İsrail amilinə görə bunun praktikada reallaşması imkanları məhduddur. Bu baxımdan, İran ətrafındakı proseslərin diplomatiya və hərbi zərbələr arasında uzunmüddətli gərginlik mərkəzi olacağı görünür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm