MDB
Sosial mediada LGBT bayrağı paylaşdığı üçün həbs olundu
Moskvanın Naqatinski Məhkəməsi "VKontakte" səhifəsində LGBT bayrağının şəklini yerləşdirdiyinə görə moskvalı İvan Rubtsovu 15 gün həbs cəzasına məhkum edib.
Publika.az TASS-a istinadən xəbər verir ki, məhkəmə İvan Aleksandroviç Rubtsovu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsinin 1-ci hissəsi (ekstremist təşkilatların atributlarının və ya simvollarının ictimai nümayişi) ilə inzibati xəta törətməkdə günahkar bilib və ona 15 gün həbs cəzası verib.
Məhkəmə sənədinə görə, Rubtsov şəklin altında qeyri-ənənəvi cinsi oriyentasiyalı insanları dəstəkləyən şüar yazıb. Bu, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tez bir zamanda aşkar edilib və nəticədə Rubtsova qarşı inzibati xəta protokolu tərtib edilib.
Qeyd edilir ki, Rubtsov günahını etiraf edib və peşman olduğunu bildirib.
Ləman
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI




































