MDB
Rusiyanın bu bölgəsində ard-arda 7 zəlzələ baş verdi
Rusiyanın Kamçatka vilayətində ard-arda 7 zəlzələ baş verib.
Publika.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı bölməsi Telegram kanalında verilən məlumata görə, zəlzələnin ən güclüsü 5,0 bal olub.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində Rusiya regionunda maqnitudası 3,8-4,8 arasında dəyişən altı yeraltı təkan baş verib. "Yeraltılar yaşayış məntəqələrində hiss olunmayıb", - Fövqəladə Hallar Nazirliyindən aydınlıq gətirilib. Lakin bu xəbərdən bir saat sonra Kamçatkada daha güclü zəlzələ baş verib.
Yeraltı təkanlar çərşənbə axşamı, oktyabrın 28-də yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 03:00) Sakit okeanda qeydə alınıb. Onların maqnitudası 5,0 bala çatıb ki, seysmoloqlar bunu hiss olunan zəlzələ hesab edirlər. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 107 kilometr aralıda, ocağı isə 33,2 kilometr dərinlikdə yerləşib. Fövqəladə Hallar Nazirliyi bildirir ki, bölgə paytaxtının sakinləri 2-3 bal gücündə yeraltı təkanlar hiss ediblər.
Tural
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI




































