MDB
Rusiyada dəhşətli qəza, tramvay mikroavtobuslarla toqquşdu: Xeyli ölən və yaralanan var
Rusiyanın Tula şəhərində, Proletar körpüsündə tramvay, iki mikroavtobus və iki minik avtomobilinin iştirakı ilə iri yol qəzası baş verib.
Publika.az xəbər verir ki, yenilənmiş məlumatlara görə, 4 nəfər həlak olub, daha 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Tula vilayətinin qubernatoru Dmitri Milyaev bu barədə öz Telegram kanalında məlumat verib. O bildirib ki, bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilib.
Regional yol polisinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, qəzada əvvəlcə bir tramvay, iki mikroavtobus və bir minik avtomobili toqquşub. Daha sonra başqa minik avtomobilinin də iştirak etdiyi dəqiqləşib.
Əvvəlcə iki nəfərin öldüyü və on doqquz nəfərin yaralandığı bildirilsə də, sonradan ölənlərin sayı dördə yüksəldi.
Yol polisi əməkdaşları qəzanın bütün şəraitini və səbəblərini müəyyənləşdirirlər.
Tural
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi




































