MDB
Ölkə müharibə aparır, varlı ruslar isə bir ilə 20 milyard dollardan çox sərvət qazandılar
Rusiyanın ən böyük iş adamlarının ümumi sərvəti 2025-ci ilin əvvəlindən bəri 22 milyard dollardan çox artıb.
Publika.az xəbər verir ki, bu barədə Bloomberg Billionaires İndex-in yaydığı hesabatda məlumat verilib.
İndeks məlumatlarına görə, "Severstal" şirkətinin təsisçisi Aleksey Mordaşov sərvətini 4,84 milyard dollar artıraraq varidatını 28,1 milyarda çatdırıb. Telegram-ın həmtəsisçisi Pavel Durovun da hesabında əhəmiyyətli dərəcədə artım müşahidə edilib. Onun sərvəti 3,71 milyard dollar artaraq 14,7 milyarda çatıb.
Bununla belə, ili itki ilə sona çatdıranlar da var. Məsələn, NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin eyni dövrdə 2,86 milyard dollar itirib. Onun sərvəti 23 milyard dollar qiymətləndirilir.
Qeyd edək ki, Bloomberg Milyarderlər İndeksi 2012-ci ilin mart ayından bəri dərc olunur. Burada dünyanın ən varlı 500 insanının sərvət dinamikasını əks etdirən statistika yer alır.
Tural
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi




































