MDB
Putindən İLGİNC AÇIQLAMA: "Rusiya və Ukrayna xüsusi xidmət orqanları əməkdaşlığı davam etdirirlər"
Rusiya və Ukrayna xüsusi xidmət orqanları münaqişəyə baxmayaraq, bir-biri ilə daim əlaqə saxlayır və hərbi əsirlərin mübadiləsi də daxil olmaqla humanitar məsələlər üzrə əməkdaşlığı davam etdirirlər.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirdiyi mətbuat konfransında bildirib. O vurğulayıb ki, iki ölkənin xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq ən çətin dövrlərdə belə dayanmayıb.
“Bizim xüsusi xidmət orqanlarımız həmişə bir-biri ilə əlaqədə olublar və hazırda da əlaqədədirlər”, – deyə Rusiya Prezidenti qeyd edib.
Putin, həmçinin bu cür görüşlər üçün Əbu-Dabi platformasının fəal şəkildə istifadə olunduğunu diqqətə çatdırıb. O bildirib ki, BƏƏ-də keçirilmiş son görüş Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.
“Orada qeyri-adi və ya məxfi heç nə baş vermədi. Rusiya tərəfindən həmin görüşdə Federal Təhlükəsizlik Xidmətinin rəhbərlərindən biri iştirak edirdi”, – deyə o bildirib.
Rusiya Prezidenti, həmçinin göstərilən yardıma görə BƏƏ rəhbərliyinə minnətdarlığını ifadə edib.
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
-
Hadisə10 İyun 20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal10 İyun 18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial10 İyun 16:38Əli Kərimlinin həbs müddəti uzadıldı














.jpg)






















