MDB
Hər şey bir anda yox ola bilər: Lukaşenkodan Ukraynaya qorxulu xəbərdarlıq
Ukrayna prezidenti Vladimir Zelenski hərbi əməliyyatların başlanğıcında mənim məsləhətimə əməl etsəydi, indiki vəziyyət yaranmazdı.
Publika.az "Belta" nəşrinə istinadən xəbər verir ki, bu bəyanatı Belarus prezidenti Aleksandr Lukaşenko verib.
"Minsk razılaşmaları yerinə yetirilsəydi, müharibə olmayacaqdı. Ukrayna isə 1991-ci il sərhədləri daxilində qalacaqdı. Əgər Ukraynanın indiki sərhədləri daxilində qalmasını istəyirsənsə (cəbhədəki reallıqları nəzərə alaraq), danışıqlar aparmaq lazımdır", - Lukaşenko deyib.
Belarus prezidenti Ukraynaya səslənərək deyib ki, mövcud vəziyyət və əlinizdə olanı necə qoruyub saxlamağınız barədə düşünün.
"Sizdə hər şey var: dənizə Odessa və Nikolayev vasitəsilə çıxış. Amma bu yox ola bilər. Bir anda, bir göz qırpımında. Buna görə də hər şeyi ölçüb-biçmək və əsaslandırılmış qərar qəbul etmək lazımdır", - deyə Lukaşenko Ukrayna hakimiyyətini və xalqını düşünməyə çağırıb.
Adəm
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var



































