MDB
Venesuela xalqının mətanətinə heyranıq - Çernışenko
Rusiya xarici təhdidlər qarşısında öz milli suverenliyini müdafiə etməkdə Venesuela hökumətinə dəstəyini ifadə edir.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko deyib.
“Rusiya hökuməti adından biz Venesuela prezidenti Nikolas Maduronun hökumətinə dəstəyimizi və xarici təhdidlər qarşısında öz milli suverenliyini müdafiə etməkdə qardaş Venesuela xalqı ilə həmrəy olduğumuzu bildiririk. Biz Venesuela xalqının vətənlərinin həqiqi suverenliyini müdafiə etməsinə, mətanət və qətiyyətlərinə heyranıq”, - deyə Çernışenko vurğulayıb.
O əlavə edib ki, Rusiya hərbi-texniki sahədə Venesuela ilə strateji tərəfdaşlığı genişləndirir.
Çernışenko deyib ki, Venesuela Latın Amerikasında və qlobal miqyasda ardıcıl olaraq Rusiyanın etibarlı tərəfdaşı və müttəfiqi olaraq qalır. Onun sözlərinə görə, Moskva Karakasla bütün səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə etimada əsaslanan siyasi dialoqu yüksək qiymətləndirir. O, həmçinin əmin edib ki, Rusiya respublika ilə ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətindədir.
Adəm
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var



































