MDB
Yermakın evində axtarış: ABŞ Zelenskiyə görün hansı mesajı verib
Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın evində axtarış aparılıb. Ukrayna mətbuatı proseslə bağlı yeni məlumat yayıb.
Publika.az xəbər verir ki, “Strana.ua” "Telegram" kanalı bildirib ki, Yermakın evində aparılan axtarışlar ABŞ prezidenti Donald Trampın sülh müqaviləsi üzrə mövqeyi ilə bağlı ola bilər.
“Vaşinqton Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) vasitəsilə Zelenskiyə vəziyyətin onun üçün son dərəcə ciddi olduğunu və sülh planı ilə bağlı mövqeyini düzəltməyin vaxtı gəldiyini açıqlayıb”, - nəşr yazıb.
Qeyd olunub ki, Ukrayna prezidentinin aparat rəhbərinin evindəki axtarışlar ABŞ prezidentinin nümayəndəsi general Deniel Driskolun Kiyevə səfəri ərəfəsində başlayıb. Versiyalardan birinə görə, o, güzəştlərə razılıq almaq üçün Ukrayna hakimiyyətinə təzyiq göstərəcək.
Adəm
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var



































