MDB
Qırğızıstanda növbədənkənar parlament seçkiləri başa çatdı - YENİLƏNDİ
Qırğızıstanda Joqorku Keneşə (birpalatalı parlament) keçirilən növbədənkənar seçkilərdə səsvermə başa çatıb.
Publika.az "Sputnik Qırğızıstan"a istinadla xəbər verir ki, bunu respublikanın Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarov bildirib.
Ölkədə 2 492 seçki məntəqəsi, həmçinin insanların kütləvi toplaşdığı və müvəqqəti yaşadığı yerlərdə 27 məntəqə açılıb. Bundan əlavə, xaricdə 100 seçki məntəqəsi fəaliyyət göstərib.
Səsvermə yeni sistem üzrə keçirilib. Qırğızıstan 30 dairəyə bölünüb və hər bir dairədən parlamentə üç deputat seçiləcək.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin yekun siyahısına 4 294 243 vətəndaş daxil edilib.
xxx
12:59
Qırğızıstanda növbədənkənar Joqorku Keneş (yerli parlament - red.) seçkisi keçirilir.
Publika.az "Sputnik Qırğızıstan"a istinadla xəbər verir ki, səsvermə yeni sistemlə keçirilir.
Ölkə 30 dairəyə bölünüb, onların hər birindən parlamentə üç deputat seçiləcək.
Yekun seçici siyahısına 4 milyon 294 min 243 vətəndaş daxil edilib.
Xatırladaq ki, sentyabrın 25-də Qırğızıstan deputatları parlamentin özünü buraxması haqqında qərar qəbul ediblər.
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
































