MDB
Əhaliyə xəbərdarlıq edildi: Kəskin bahalaşmaya hazırlaşın - Vaxt çox az qalıb
Rusiyada istehlak qiymətlərinin artımının pik dövrü çox güman ki, gələn ilin əvvəlində baş verəcək.
Publika.az xəbər verir ki, bu barədə VTB sədrinin birinci müavini Dmitri Pyanov bildirib. Onun sözlərini “RİA Novosti” sitat gətirib.
“Vətəndaşların inflyasiyanın növbəti artımına hazırlaşmaq üçün çox vaxtı qalmayıb” deyən Pyanov ölkədə istehlak qiymətlərinin artımının 2026-cı ilin birinci rübündə pik həddə çatacağını gözləyir. "Gələn ilə nəzər salsaq, bu, böyük ehtimaldır", - analitik bildirib.
Üstəlik, Pyanov hesab edir ki, Mərkəzi Bankın rəhbərliyi çətin ki, 2026-cı ildə 4 faiz səviyyəsində müəyyən edilmiş inflyasiya hədəfinə çatsın. Onun hesablamalarına görə, gələn ilin sonuna qədər Rusiyada istehlak qiymətlərinin artımı 5 faizi ötəcək.
"Mənim fikrim odur ki, inflyasiya 5 faizdən çox olacaq", - Pyanov yekunlaşdırıb.
2025-ci ilin noyabr ayının sonuna qədər Rusiyada inflyasiya 6,92 faizə düşüb. Buna baxmayaraq, ölkədə istehlak qiymətlərinin hazırkı artım tempi Mərkəzi Bankın hədəfindən xeyli yüksək olaraq qalır.
Tural
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
































