MDB
Putinin Trampın elçiləri ilə görüşü bitdi - YENİLƏNDİ
Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşü yekunlaşıb.
Publika.az xəbər verir ki, görüş beş saatdan çox davam edib.
Məlumata görə, danışıqlardan sonra Uitkoff Kremli tərk edərək ABŞ səfirliyinə gedib.
Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev "X" hesabında görüşün məhsuldar keçdiyini yazıb.
Görüşdə Rusiya tərəfdən Putinin köməkçisi Yuri Uşakov və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, Amerika tərəfdən isə sahibkar, investor, "Affinity Partners" şirkətinin təsisçisi Jared Kuşner iştirak edib.
xxx
21:12 - 02.12.25
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti xüsusi elçisi Stiv Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşner ilə görüşə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya tərəfdən görüşdə prezidentin köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBFİ) rəhbəri Kirill Dmitriyev iştirak edir. Gözlənilir ki, görüşdə Ukraynaya dair “Trampın sülh planı” müzakirə olunacaq.
Görüşdən bir qədər əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva sülh yolu ilə tənzimləməni müzakirəyə açıqdır, lakin müəyyən edilmiş hərbi məqsədlərə çatmalıdır. Peskov jurnalistlərə görüşün detalları barədə məlumat verməkdən imtina edib və qeyd edib ki, “megafon diplomatiyası” bu halda faydasızdır. Öz növbəsində Kirill Dmitriyev 2 dekabr tarixini sülh üçün mühüm gün adlandırıb.
ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Floridada keçirilmiş danışıqlar 30 noyabrda baş tutub. “Strana.ua” nəşri yazır ki, tərəflər sülh planının əsas məqamlarında razılığa gələ bilməyiblər. Xüsusilə, ukraynalı nümayəndələr Donetsk Xalq Respublikasından qoşunları çıxarmağa razı olmayıb, bunu konstitusiya məhdudiyyətlərinə əsaslandırıblar.
Hüseyn İbadlı
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
-
Magazin215:00Stetxemin sevgilisi dekolteli geyimi ilə gündəm oldu - FOTO
-
Sosial13:34“Borcla yaşamaq” dövrü bitir: Vətəndaşlar indi bu bank kartına üstünlük verirlər
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir
-
Səhiyyə11:44Afiyəddin İsgəndərova yüksək vəzifə verildi - FOTO

































.jpg)



