MDB
Trampın planından əlavə daha 4 sənəd PUTİNİN ƏLİNDƏ
"Rusiya ABŞ Prezidenti Donald Trampın ilkin sülh planından əlavə daha dörd sənəd alıb".
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya 27 bənddən ibarət sənəd əldə edib, lakin bu sənədin mətninin hazırlanması və ABŞ tərəfi ilə müzakirəsi aparılmayıb. O deyib ki, ABŞ-ın bütün sülh planı variantları görüş zamanı müzakirə olunub.
“Sonra biz daha bir neçə sənəd aldıq - bu gün də prezidentimizin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və amerika prezidentinin kürəkəni Cared Kuşner ilə görüşündə müzakirə olunan 4 sənəd,” — deyə Uşakov Moskvadakı danışıqlardan sonra bildirib.
Xatırladaq ki, çərşənbə axşamı gecə Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş keçirilib. Danışıqlar demək olar ki, beş saat davam edib.
Prezidentin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev danışıqları məhsuldar adlandırıb.
Hüseyn İbadllı
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
































