MDB
Burnunu kəsdirən qadın cərrah Seymur Əliyevdən şikayətçi oldu - FOTO
Rusiyada uğursuz plastik əməliyyatla bağlı maraqlı hadisə baş verib.
Publika.az "Baza"ya istinadən xəbər verir ki, Ufa sakini olan İrina adlı qadın məşhurlar üzərində əməliyyatlar aparması ilə tanınan cərrahdan şikayətçi olub. O, iddia edib ki, ulduzları əməliyyat etmiş cərrah onun burnunu eybəcər hala salıb.
Qadın burnunu kəsdirərək qısaltmağı və əyrilikləri düzəltdirməyi planlaşdırırmış: "O, bu iş üçün Moskvada yaşayan mütəxəssis Seymur Əliyevi seçib".
Nəşr bildirir ki, İrinanın Seymuru seçiməsinə səbəb məşhurların ona əməliyyat etdirməsi olub. Məsələn, Aiza, Rita Dakota və məşhur bloqçular bu cərrahın əməliyyat masasına uzanıblar.
Zərərçəkmişin sözlərinə görə, onunla heç bir rəsmi müqavilə imzalanmayıb. Bundan əlavə, o, rinoplastika üçün 900.000 rubl nağd pul ödəyib, lakin heç vaxt qəbz almayıb.
Qadın əməliyyatdan sonra əyri burnunu görən kimi şoka düşüb. Lakin klinika bunun sadəcə şişkinlik olduğunu iddia edib. Bir həftə sonra, sarğı tam çıxarıldıqda İrina burnunda böyük, sağalmayan bir yara da görüb. Bir neçə gün sonra isə zərərçəkən dərisindən çölə çıxan sapları görüb.
Klinika ona sadəcə ən yaxın cərraha müraciət etməyi məsləhət görüb: "Mütəxəssis sapları çıxaranda İrinanın dərisində artıq çuxurlar və çapıqlar əmələ gəlibmiş".
Tural
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video













.jpg)




















