MDB
Putin onlara mürəbbə və şokoladla dolu SƏBƏT GÖNDƏRDİ
Lyubertsı şəhərində yerləşən və Rusiya Prezidenti Vladimir Putinlə birbaşa xətt zamanı məşhurlaşan “Maşenka” çörəkbişirmə sexinə dövlət başçısı tərəfindən yeni il təamları göndərilib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, prezident ora mürəbbə, şokolad və digər şirniyyatlarla dolu səbət göndərib.
Əvvəlki gün “İlin yekunları” proqramı zamanı “Maşenka” çörəkbişirmə sexinin sahibi Denis Maksimov Rusiya liderindən 2026-cı ildən fərdi sahibkarlar üçün yeni vergi sisteminə keçidlə bağlı sual verib. Prezident bildirib ki, bu dəyişikliklər biznesə zərər vurmamalıdır.
Maksimov prezidentə kələmli, kartoflu, soğan və yumurtalı, həmçinin təzə giləmeyvəli pirojkilər göndərəcəyinə söz verib və bu vədini ertəsi gün yerinə yetirib. Kreml çörəkbişirmə sexindən göndərilən pirojkilərlə Putinin çay içdiyi videonu yayımlayıb.
Hüseyn İbadlı
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
İKT18:19ABŞ şirkətinin bu qərarı bütün smartfonları bahalaşdıracaq
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Magazin218:00Dünya ona, o isə rejissora heyrandır
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
İdman15:07295 milyonluq yeyintiyə görə saxlanıldı
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO



















.jpg)













