MDB
Putin otağın divarına görün kimin rəsmini asıb
Rusiyalı rəssam Oleq Putninin “Taxıl sahəsi” adlı tablosu Rusiya Prezidenti Vladimir Putinin otağının divarından asılıb.
Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Rəssam Putninin sosial şəbəkələrində əsər belə təsvir olunur:
“Taxıl artıq yetişib, biçin vaxtıdır, lakin qısamüddətli yağışlar başlayıb və hər şey bir qədər təxirə düşüb. Çünki indi biçinə başlasaq, bütün taxıl yaş olar və fermerlərin ifadəsi ilə desək, ‘yanar’. Tabloda elə bir an seçilib ki, günəş ön planı bir anlıq işıqlandırır və o, bütün gücü ilə cingiltili qızılı rəngə bürünür”.
Dekabrın 21-də Prezident Putin Lyubertsı şəhərində yerləşən “Maşenka” çörəkxanasının albalı mürəbbəli pirojkalarından yeyib. Prezidentin yeməyi zamanı jurnalistlər divarda “Taxıl sahəsi” tablosunu görüblər. Agentliyin qeyd etdiyinə görə, Rusiya lideri “İlin yekunları” proqramının efirində çörəkxananın sahibini əmin edib ki, qarşıdan gələn vergi dəyişiklikləri ölkədə biznesə zərər vurmayacaq. Buna cavab olaraq sahibkar prezident Putinə kələmli, kartoflu, soğanlı, yumurtalı və təzə giləmeyvəli pirojkalar göndərib.
Hüseyn İbadlı
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
İKT18:19ABŞ şirkətinin bu qərarı bütün smartfonları bahalaşdıracaq
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Magazin218:00Dünya ona, o isə rejissora heyrandır
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
İdman15:07295 milyonluq yeyintiyə görə saxlanıldı
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO



















.jpg)













