MDB
Deputatdan təklif: "Əvvəlki pensiya yaşını qaytaraq!"
Rusiya Dumasının "Ədalətli Rusiya" fraksiyasının rəhbəri Sergey Mironov diqqət çəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, deputat "Gazeta"ya müsahibəsində bildirib ki, hakimiyyət mövcud pensiya ilə necə yaşamağı tövsiyə etmək əvəzinə, öz səylərini səmərəsiz pensiya sisteminin dəyişdirilməsinə yönəltməlidir. Deputatın sözlərinə görə, bütün hazırki məsləhətlər yalnız bir məsələdən qaynaqlanır ki, bu da pensiya məsələlərinin acınacaqlı olmasıdır.
"Biz pensiyaların necə artırılacağını müzakirə etməyə öyrəşmişik. Məsələn, tələbə olduğumuz vaxtdan, hətta daha irəli gdərək orta məktəbdən qənaət etməyi deyirik... Digər bir dırnaqarası ağıllı məsləhət isə təqaüdə çıxmağı on il təxirə salmaqla pensiyanın ikiqat artırılmasıdır. Bu, xüsusilə ömrü 68 ildən az olan rus kişiləri üçün cəlbedici olmalıdır? Elə statistikaya baxsaq qadınlar üçün də bu məsləhət anormaldır. Çünki statistikaya əsasən, qadınların ikiqat pensiya almaq üçün on il də gözləməsi anormaldır. Heç həmin müddət ərzində qiymət artımları da nəzərə alınmaqla, onun alıcılıq qabiliyyətinin nə qədər olacağı məlum deyil. Ən əsası isə, işsizlər bu müddətdə necə yaşayacaqlar? "Məsləhətçilər" bu barədə susurlar.",- deputat qeyd edib.
Mironov pensiya məbləğlərinin artırılmasının və indeksləşdirilməsinin vacibliyini vurğulayıb: "Ondansa gəlin layiqli pensiyaların -istehlak səbətinin dəyərindən və əmək haqqının 40%-dən az olmayan məbləğin təmin edilməsinə çalışaq. Gəlin düzgün indeksləşdirməyə çalışaq - rüblük olaraq əvvəlki ilin göstəricisinə deyil, həmin dövrün inflyasiya səviyyəsinə əsasən təyin edək. Gəlin əvvəlki pensiya yaşının qaytarılmasına çalışaq. Bu, yaşlılara qayğı göstərmək üçün fəal bir öhdəlik olacaq və ikiüzlü məsləhətlər də olmayacaq".
Tural
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"
-
İqtisadi gündəm05:45Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı



































