MDB
Rusiya bazarını mandarinlə təmin edən ölkələr: Azərbaycan var?
2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyə, Çin və Cənubi Afrika Rusiya bazarına mandarinlərin əsas tədarükçüləri olub.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” BMT-nin “Comtrade” platformasının məlumatlarına və ictimaiyyətə açıq mənbələrə istinadən məlumat yayıb.
Beləliklə, ilk on ayda Türkiyə Rusiyaya ən çox mandarin ixrac edib - təxminən 210.000 ton. Lakin ənənəvi olaraq Rusiyaya mandarin ixracatçısı olan bu ölkədən göndərişlər ötən illə müqayisədə 5% azalıb. Bununla yanaşı, Çindən əsas Yeni il meyvələrinin idxalı isə, əksinə, il ərzində dörddə bir dəfə artaraq 60.000 tona çatıb. Bu addım Çini ikinci yerə çıxarıb.
Cənubi Afrika 58.600 ton mandarin idxal etməklə üçüncü yerdə qərarlaşıb (8% azalma). Mərakeş idxalını təxminən iki dəfə artırıb - 34.000 ton, Misir isə idxalını iki dəfə azaldıb - 21.000 ton.
Bu il Argentina (2,7 min ton), Qazaxıstan (2,6 min ton), Niderland (1,4 min ton), Litva (1,4 min ton) və Gürcüstan (1,2 min ton) Rusiyaya daha az miqdarda mandarin tədarük edib.
Tural
-
ABŞ09:27"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar
-
MDB07:15Putinə yeni döyüş təyyarələri təqdim olundu
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi






.jpg)




























