MDB
Putinin iqamətgahına hücum edən PUA-lar bu şəhərlərdən buraxılıb: Xəritə yayıldı – FOTO
Rusiya Müdafiə Nazirliyi dekabrın 28-dən 29-na keçən gecə Ukrayna dronlarının Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücumunu rəsmi olaraq təsdiqləyib.
Publika.az xəbər verir ki, Rusiya Aerokosmik Qüvvələrinin Zenit Raket Qoşunlarının rəisi general-mayor Aleksandr Romanenkov brifinq zamanı bildirib ki, dronlar olduqca aşağı hündürlükdə uçurmuş və Ukraynanın Sumı və Çerniqov bölgələrindən buraxılıb.
Rusiya Aerokosmik Qüvvələrinin radiotexniki bölmələri 28 dekabr 2025-ci il tarixində təxminən saat 19:20-də hava hücumu aşkar edib. Vladimir Putinin iqamətgahına hücum cəhdinin bir neçə istiqamətdən həyata keçirildiyi məlum olub. Ukrayna dronları Bryansk, Smolensk, Tver və Novqorod vilayətləri üzərində uçub. Ümumilikdə 91 pilotsuz uçuş aparatından istifadə edilib.
Müdafiə Nazirliyi hava döyüşü zamanı Ukraynaya məxsus bütün pilotsuz uçuş aparatlarının məhv edildiyini vurğulayıb. Rusiya Müdafiə Nazirliyi dronların dəqiq sayını, eləcə də ölkənin müxtəlif bölgələrində onların məhv edildiyi yeri və vaxtını açıqlayıb.
Prezident iqamətgahına heç bir ziyan dəyməyib, tələfat və dağıntı olmayıb.

Tural
-
Magazin123:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin121:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı













.jpg)





















