Sosial
Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO
Göyçayda 12 yaşlı uşağın etdiyi hərəkət maraqla qarşılanıb. O, xüsusi olaraq hazırlanmış velosipedlə hər gün dayısı qızları olan əkiz bacıları məktəbə aparıb-gətirir. Çünki dayısı qızlarının yaxşı təhsil almaları onun ən böyük istəyidir. Özlərinin düzəltdiyi və 4 uşağın yerləşə bildiyi bu qeyri-adi velosiped isə hər kəsin diqqətini çəkir.
Publika.az xəbər verir ki, əkiz bacılar hər gün böyük həvəslə məktəbə velosipedlə gedirlər. Çünki yaxşı təhsil almaq onların ən böyük arzusudur. Qızlara dəstək olanlardan biri isə qardaşımız dedikləri bibisi oğullarıdır.
12 yaşlı Həsən dayısı qızlarının təhsilə olan marağına görə velosipedi xüsusi olaraq düzəltdiklərini deyir.
Göyçay rayonunun Rauf İsayev küçəsində yaşayan 12 yaşlı Həsənin gündəlik həyatında fərqli bir məsuliyyəti var. O, artıq bir ildir, özündən kiçik olan əkiz dayısı qızlarını məktəbə aparıb-gətirir ki, dərslərinə gecikməsinlər. Çünki Aysu və Cansunun daha yaxşı təhsil almalarını istəyir.
Həsənin nənəsinin sözlərinə görə, ailədə əkiz bacıların qardaşı yoxdur. Bu səbəbdən onların məktəbə gedib-gəlməsinə dayısı tərəfindən xüsusi hazırlanmış velosipedlə Həsənə kömək edir. Həsən isə velosipedi sürəndə təhlükəsizliyə də riayət edir.
Dayısının sözlərinə görə, bu velosiped adi nəqliyyat vasitələrinə heç də bənzəmir. 4 təkəri, iki sükanı və iki pedalı olan bu xüsusi velosiped eyni anda bir neçə uşağın rahat hərəkət etməsinə imkan verir. Təxminən dörd uşağın yerləşə bildiyi velosiped artıq məhəllə sakinləri üçün də maraq obyektinə çevrilib.
Göyçay şəhər Mehman Muradov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbindən “Xəzər Xəbər”ə bildirdilər ki, 3A sinif şagirdləri Məmmədova Aysu və Cansu bacıları dərslərdə fəal iştirak edən, çalışqan və nümunəvi şagirdlərdir. Onlar təhsildə yüksək nəticələri ilə seçilir, sinif əlaçıları sırasında yer alırlar. Həmçinin nümunəvi davranışları ilə fərqlənirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!










.jpg)



























