MDB
Moskva bu MDB ölkəsini separatizmlə hədələdi: Biz bunu bilirik
Rusiya Moldovanın Moskva ilə əlaqələri Avropanın xeyrinə kəsmək siyasətindən məyusdur.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Qriqori Karasin Lenta.ru-ya bildirib. O, ölkənin MDB-dən çıxmaq planlarına reaksiya verib.
“Bu xəbər, təbii ki, həm Moldova vətəndaşları, həm də bizim üçün kədərlidir. Rusiya üçün bu, çox yaxın respublikadır, bizim orada çoxlu dostlarımız var, onlarla geniş və qarşılıqlı faydalı əlaqələr olub. Hazırkı rəhbərliyin Rusiya ilə əlaqəli hər şeyi sıxışdırmaq və sırf Avropa müstəvisinə keçmək siyasəti məyusluq hissi yaradır”, - deyə siyasətçi bildirib.
O, həmçinin vurğulayıb ki, Rusiya Moldova ilə normal münasibətləri daha da inkişaf etdirməyə hazırdır. Karasin həmçinin qeyd edib ki, Kişinyovla kifayət qədər unikal münasibətə malik Dnestryanı bölgə var.
"Biz bunu bilirik və buna əhəmiyyət veririk. Biz münasibətlərimizin dinc və faydalı olmasını istəyirik. Vətəndaşların sövdələşmə predmetinə çevrildiyini nəzərə alsaq, narahatlığa əsas var", - senator qeyd edib.
Tural
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir






































