MDB
Qazaxıstan dron hücumuna görə bu qədər neft itirdi
Xəzər Boru Kəməri Konsorsiumuna (KTK) edilmiş hücumlar ölkənin neft ixracında təxminən 3,8 milyon ton itkiyə səbəb olub.
Publika.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.
Nazir qeyd edib ki, hücumlar həmçinin sığorta xərclərinin artmasına gətirib çıxarıb.
KTK Qazaxıstanın ən böyük yataqlarını Qara dəniz sahilləri, Nоvорossiysk limanı ilə birləşdirir və ölkənin neft ixracının 80%-i bu kəmər vasitəsilə həyata keçirilir. Şirkətin səhmdarları arasında Rusiya, Qazaxıstan və ABŞ-dan "Chevron", "Mobil Caspian Pipeline Company" və "Rosneft-Shell Caspian Ventures Limited" yer alır.
25 noyabr 2025-ci ildə dronlar KTK terminalına hücum edərək infrastruktura və inzibati binaya ziyan vurub. Neft göndərişi 26 noyabrda bərpa edilib. 13 yanvar 2026-cı ildə dronlar terminal yaxınlığında "Delta Harmony" və "Matilda" tankerinə hücum edib. Nəticədə "Delta Harmony"də yanğın, "Matilda" tankerində isə partlayış baş verib.
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi




















.jpg)

















