MDB
Rusiya Ukrayna ilə danışıqlarda tonunu dəyişib: Səbəbi bəllidir
Rusiya nümayəndə heyəti Əbu-Dabidə Ukrayna və ABŞ ilə danışıqlar zamanı tonunu dəyişib, çünki Moskva Avropa İttifaqının militarizasiyasını əngəlləmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri Ukrayna prezident aparatı ilə məsləhətləşmələri davam etdirdiyi adı açıqlanmayan keçmiş Ukrayna rəsmisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, münaqişə bitərsə, Avropa liderləri üçün seçicilərinə müdafiə xərclərinin artırılmasının zəruriliyini izah etmək xeyli çətin olacaq və Moskva danışıqlar qrupunun yanaşmasını dəyişdirməklə məhz buna ümid edir.
"Sülh sazişi, müharibənin sonu bu impulsu xeyli zəiflədə bilər - Avropa liderləri üçün seçicilərini daha yüksək müdafiə xərclərinə keçmək üçün lazımi qurbanları verməyə inandırmaq daha çətin olacaq", - deyə o bildirib.
Nəşrin mənbəyi qeyd edib ki, Rusiya nümayəndə heyəti peşəkarcasına hərəkət edir və razılaşmanın praktiki detalları üzərində fəal şəkildə işləyir. Bundan əlavə, Ukrayna hakimiyyəti ilə işləmiş xarici siyasət üzrə anonim ABŞ respublikaçı eksperti jurnalistlərə bildirib ki, Əmirliklərdə danışıqlar daha konstruktiv xarakter alıb.
23 və 24 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukraynadakı münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqlar keçirilib. Rusiya, ABŞ və Ukraynanın nümayəndələri qapalı qapılar arxasında keçirilən görüşdə iştirak ediblər.
Danışıqların yeni mərhələsi bu gün, fevralın 4-də başlayacaq.
Tural
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı












.jpg)






















