MDB
Makron niyə Putinlə əlaqə qurmağa çalışır? - Fransanın məqsədi üzə çıxdı
Paris Ukrayna sülh prosesində tamhüquqlu iştirakçı olmaq istəyir.
Publika.az xəbər verir ki, bunu Avropa ölkələri üzrə tədqiqatçı, politoloq Sergey Fedorov Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq istəyini şərh edərkən deyib.
"Onlar rusların və amerikalıların müharibənin birbaşa həlli üçün danışıqlar aparacağından narahatdırlar", - deyə siyasətçi bildirib.
O qeyd edib ki, problem Fransanın hazırda Ukrayna müharibəsinin həllində praqmatik yanaşma göstərməməsi ilə bağlıdır: "Soyuq müharibənin başlanğıcından bəri Paris Rusiyaya qarşı yalnız müxtəlif ittihamlar irəli sürüb. Bu mövqenin dəyişməsi ehtimalı azdır".
Siyasətçi əlavə edib ki, hazırda Ukrayna müharibəsinə "Könüllülər Koalisiyası" vasitəsilə son qoymaq üçün gələcək müzakirələr üçün hazırlıqlar aparılır.
Xatırladaq ki, fevralın 3-də Makron Putinlə təmasları üçün texniki səviyyədə hazırlıqların aparıldığını bildirib. Fransa liderinin sözlərinə görə, bu məsələ ilə bağlı avropalı tərəfdaşlar və Ukrayna prezidenti Vladimir Zelenski ilə paralel məsləhətləşmələr aparılır.
Adəm
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı












.jpg)






















