MDB
Rusiya bunu əldə etmək üçün 800 min əsgərindən keçməlidir - Zelenski
Vladimir Putinin bütün Donbası ələ keçirməsi üçün ən azı iki il vaxt tələb olunacaq. Bu hücum isə Rusiyaya təxminən 800 min ölü əsgər hesabına başa gələcək.
Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski "France Television"a verdiyi müsahibədə bildirib.
“Rusiya bizim Donbası tərk etməyimizi istəyir. Niyə? Çünki bu müharibəyə başlayarkən qələbə qazana bilmədilər. Rusiya ordusunun Ukrayna torpağının hər metri üçün hansı qiyməti ödədiyini çox yaxşı anlayırıq. Onlar itkiləri saymırlar. Şərqi Ukraynanı tam fəth etmək Rusiyaya əsgərlərinin daha 800 min cəsədinə başa gələcək. Hazırkı son dərəcə yavaş irəliləyiş tempi ilə bu proses ən azı iki il çəkə bilər. Məncə, onlar bu qədər uzun müddət dözməyəcəklər”, - deyə dövlət başçısı bildirib.
Müharibəyə son qoymaq üçün mümkün güzəştlərdən danışan Zelenski qeyd edib ki, hazırkı cəbhə xətti boyunca müharibənin dondurulması belə Kiyev tərəfindən artıq əhəmiyyətli bir güzəştdir.
"Xüsusi iqtisadi zona yaradılarsa, hər iki tərəf geri çəkilməli olacaq, silahsızlaşdırılmış zona ideyası isə yalnız hər iki tərəfin öz hissəsinə nəzarət etməsi və aralarında beynəlxalq ayırıcı qüvvələrin yerləşdirilməsi şərtilə mümkündür", - deyə Ukrayna prezidenti izah edib.
Zelenski, həmçinin Rusiyanı soyuq havadan Ukrayna cəmiyyətinə təzyiq göstərmək üçün vasitə kimi istifadə etməyə çalışmaqda günahlandırıb: "Ruslar başa düşmürlər ki, mülki şəxslərə nə qədər çox hücum etsələr, bir o qədər çox öldürsələr, müharibə qaydalarını nə qədər çox pozsalar, Ukrayna ilə Rusiya arasında kompromis perspektivini bir o qədər də uzaqlaşdırırlar".
Adəm
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto

















.jpg)


















