MDB
İnsult keçirən müxalifət liderini azadlığa buraxdı
Belarus müxalifətinin lideri Nikolay Statkeviç respublika prezidenti Aleksandr Lukaşenkonun qərarı ilə yenidən azadlığa çıxıb.
Publika.az xəbər verir ki, bu barədə "Naşa Niva" "Telegram" kanalı məlumat yayıb.
Statkeviçin həyat yoldaşı Marina Adamoviç onun azadlığa buraxılması barədə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, müxalif siyasətçi insult keçirib, lakin hazırda vəziyyəti yaxşılaşmağa doğru gedir və evdə müalicə olunur.
"Hələlik nitqi ilə bağlı problemlər var. Qalan hər şey normaldır. Hər şey yaxşı olacaq", — deyə "Naşa Niva" Adamoviçin sözlərindən sitat gətirib.
Statkeviç 2010-cu il prezident seçkilərində Lukaşenkonun rəqiblərindən biri olub. O, səsvermədən sonra axşam saatlarında iğtişaşların təşkili ittihamı ilə həbs edilmişdi. DTK-nın istintaq təcridxanasında siyasətçi ifadə verməkdən imtina edərək 22 günlük aclıq aksiyası elan etmiş, məhkəmədə isə günahını boynuna almamışdı.
2011-ci ilin mayında Statkeviç altı il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib. 2012-ci ilin yanvarında onun cəzası ağırlaşdırılaraq həbsxanaya köçürülüb. Hətta bundan sonra da o, iğtişaşlara görə həbs olunan və ya məhkum edilən digər prezidentliyə namizədlərdən fərqli olaraq, günahını etiraf etməyə və Lukaşenkoya əfv xahişi ilə müraciət etməyə razı olmayıb.
2015-ci ildə Lukaşenko Statkeviç də daxil olmaqla bütün tanınmış siyasi məhbusları əfv edib. Sonradan müxalifətçi yenidən iğtişaşların təşkili işi üzrə - bu dəfə 2020-ci il prezident seçkiləri ilə əlaqədar məhkəmə qarşısına çıxarılıb.
Hüseyn İbadlı
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR












.jpg)



















.jpg)
.jpg)