MDB
Rusiya çözə bilmir: Müəmmalı təyyarədə Şavkat Mirziyoyev olub, yoxsa...
ABŞ-dan gələn naməlum təyyarənin Rusiya ərazisinə keçdiyi barədə məlumat vermişdik.
Təyayrə 20 fevral səhəri Murmansk vilayəti üzərində müşahidə olunub. Uçuşun təfərrüatları rəsmi olaraq açıqlanmayıb.
Publika.az xəbər verir ki, müəmmalı təyyarənin Rusiya sərhədlərini pozması ölkədə geniş müzakirə olunur. Hərbi ekspert Yuri Knutov təyyarənin "qeyri-adi yük" daşıya biləcəyini irəli sürsə də, bəzi media orqanları Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təyyarədə olduğunu bildirib.
Təyyarə Rusiyanın dörd bölgəsi üzərindən uçub.
“Flightradar” məlumatlarına görə , Boeing 787-8 təyyarəsi Vaşinqton şəhəri yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasından havaya qalxıb. O, Murmansk, Arxangelsk və Kirov vilayətləri, eləcə də Başqırdıstan Respublikası üzərindən uçub. Daha sonra Rusiya sərhədini keçərək Qazaxıstanın, ondan sonra Özbəkistanın hava məkanına daxil olub. Uçuş izləmə xidməti ekipajın təfərrüatlarını sadalamır.
“Gazeta.ru”ya danışan hərbi ekspert Yuri Knutov, Vaşinqton və Astana arasında artan hərbi əməkdaşlıq fonunda təyyarənin Qazaxıstana yük daşıya biləcəyini iddia edib. O, hesab edir ki, bu halda Rusiya uçuşa icazə verə bilərdi.
Knutov təyyarənin "100 faiz qeyri-adi yük" daşıdığını vurğulayıb, lakin onun nə ola biləcəyini dəqiqləşdirməyib.
Ekspert əlavə edib ki, uçuş icazəsiz olsaydı, Rusiya dərhal reaksiya verərdi.
Tural
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO












.jpg)



















.jpg)
.jpg)