MDB
Belarusun özbəklərə borcu var - Görün Lukaşenko nələr dedi
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Özbəkistandan olan miqrantları hər zaman qəbul etdiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı "BelTA" yayıb.
Özbəkistanın Belarusdakı səfiri Rəhmətulla Nəzərovla görüşən dövlət başçısı qeyd edib ki, respublikada çox sayda özbək yaşayır və ölkəsi onları məmnuniyyətlə qəbul etməyə davam edir.
"Buraya gəlmək qərarına gəlsələr, çox zəhmətkeş özbək insanlarını görməyə həmişə şadıq", - deyə Lukaşenko vurğulayıb.
Prezidentin sözlərinə görə, Belarusda miqrantlara qarşı qaydalar sərtdir, lakin "bu, gələnlər üçün bəlkə də daha yaxşıdır".
Belarus lideri qeyd edib ki, miqrantlar konkret iş sahələrinə cəlb olunurlar və orada digər MDB ölkələrinin nümayəndələri ilə rəqabət apara bilərlər:
"Belaruslar, ruslar, ukraynalılar və digərləri ilə bərabər şərtlərlə rəqabət aparın, buyurun gəlin".
Səfirlə söhbət zamanı Lukaşenko İkinci Dünya Müharibəsi illərini də xatırlayıb. O, həmin dövrdə bir çox belarusun Özbəkistanda sığınacaq və dəstək tapdığını qeyd edib:
"Bu mənada, biz sizə bir az borcluyuq. Hərçənd, o zaman bu, vahid bir ölkə çərçivəsində baş vermişdi", - deyə o, fikrini yekunlaşdırıb.
Adəm
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi


































.jpg)
