MDB
Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
Bu ilin baharında kəşfiyyat aparacaq və yüksəksürətli internet paylayacaq "Arqus" stratosfer pilotsuz uçuş aparatının (PUA) prototipinin sınaqları keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyinə "Pilotsuz Sistemlər və Texnologiyalar Mərkəzi"ndən (PSTM) məlumat verilib.
Təşkilatdan bildirilib ki, bu bahar Rusiyanın "Stratolink" şirkəti (PSTM-in rezidenti) "Arqus" stratosfer PUA-sının prototipini səmaya qaldıracaq və nümayiş etdiriləcək aparat kiçik qanad ölçüsünə malik olacaq. Qeyd olunub ki, dronun uçuş sınaqları aerodinamik quruluşu və digər mühəndis həllərini yoxlamaq üçün lazımdır. PUA-nın qanad açılımının 40 metr olacağı gözlənilir. PSTM-in məlumatına görə, aparat havada 40 günə qədər qala biləcək.
"O, 40 kq faydalı yük daşıyacaq — bu, optik kəşfiyyat aparmaq, retranslyasiyanı təmin etmək, 4G və ya 5G internetini paylamaq üçün kifayət etməlidir", — deyə təşkilatdan əlavə edilib.
Söhbət "Starlink" peyk rabitə sisteminin analoqundan gedir. Tərtibatçıların sözlərinə görə, "Arqus"un əsas xüsusiyyəti 15-24 km hündürlükdə işləmək qabiliyyətidir. Bu zona 12-15 km hündürlüyə qalxa bilən "İqla" və "Verba" tipli daşınan zenit-raket kompleksləri də daxil olmaqla, əksər adi hava hücumundan müdafiə (HHM) vasitələri üçün əlçatmazdır.
"Arqus" yüksək keyfiyyətli video ötürə biləcək, cəbhəboyu rabitəni təmin edəcək və digər dronları idarə edəcək. Pilotsuz aparat günəş enerjisindən istifadə edəcək ki, bu da ona demək olar ki, qeyri-məhdud müddətdə uçuşda qalmağa imkan verəcək. İdarəetmə avtomatik və ya əl rejimində həyata keçiriləcək. Dron havada asılı qala biləcək, həmçinin peyk naviqasiyası və rabitəsi üçün "boğucu" (cemmer) funksiyasını yerinə yetirəcək.
Hüseyn İbadlı
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?












.jpg)



























