MDB
Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
Azərbaycanəsilli rusiyalı sahibkar Vahid Ələkbərov “Forbes” jurnalının milyarderlərin illik reytinqində Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub.
Publika.az xəbər verir ki, “Forbes” jurnalının açıqladığı dünyanın ən varlı insanlarının siyahısına Rusiyadan 155 milyarder daxil edilib. Onların arasında 14 yeni iştirakçı da var.
Rusiyalı sahibkarlar arasında birinci yeri “Severstal” şirkətinin əsas benefisiarı Aleksey Mordaşov tutub. “Forbes” onun və ailəsinin sərvətini 37 milyard dollar qiymətləndirib. O, qlobal reytinqdə 57-ci yerdə qərarlaşıb.
Rusiyalılar arasında ikinci yerdə “İnterros” holdinqinin sahibi və “NorNickel” şirkətinin prezidenti Vladimir Potanin qərarlaşıb. Onun sərvəti 29,7 milyard dollar qiymətləndirilir və o, dünya siyahısında 79-cu yeri tutur.
İlk üçlüyü “Lukoil” şirkətinin təsisçisi Vahid Ələkbərov tamamlayır. Onun sərvəti 29,5 milyard dollar qiymətləndirilir ki, bu da qlobal reytinqdə 81-ci yerə uyğundur. Qeyd edək ki, əvvəlki iki ildə o, rusiyalı milyarderlər arasında birinci yerdə olub.
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi


































.jpg)
