Maduronun başı dərddə: Yeni ittihamlarla üzləşir
Bizi izləyin

MDB

Maduronun başı dərddə: Yeni ittihamlarla üzləşir

Maduronun başı dərddə: Yeni ittihamlarla üzləşir

ABŞ-ın keçmiş Venesuela prezidenti Nikolas Maduroya və həyat yoldaşı Siliya Floresə qarşı siyasi rəqiblərə və ABŞ vətəndaşlarına işgəncə vermək məqsədilə sui-qəsddə iştirak ittihamı irəli sürülüb. Yeni ittihamlar onlara əvvəllər narkotik qaçaqmalçılığı ilə bağlı irəli sürülmüş ittihamlara əlavə olunub.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İttiham aktına əsasən, Maduro və həyat yoldaşı Venesuelada hakimiyyəti qoruyub saxlamaq üçün tətbiq edilən işgəncələrlə əlaqəlidirlər. Onlara əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi və silah saxlama ilə bağlı ittihamlar irəli sürülüb.

İttiham aktında bildirilir ki, 2013-cü ildə Maduro dövlət çevrilişinə hazırlaşmaqda şübhəli bildiyi Venesuela zabitinin həbs olunmasını əmr edib. İstintaqın məlumatına görə, hərbi əks-kəşfiyyat əməkdaşları saxlanılan şəxsə təxminən 20 dəfə elektrik cərəyanı verib, həmçinin onu bir neçə dəqiqə ərzində əl və ayaqlarından asılı vəziyyətdə saxlayıblar.

Digər epizod 2022-ci ildə Venesuelaya daxil olarkən saxlanılan ABŞ vətəndaşı ilə bağlıdır. O, Maduroya sui-qəsd hazırlamaqda ittiham edilib. Prokurorluğun iddiasına görə, dindirmələr zamanı hərbi əks-kəşfiyyat əməkdaşları amerikalını döyüb və onun bədən üzvlərinə, o cümlədən cinsiyyət orqanlarına elektrik cərəyanı veriblər.

Maduronun xanımı isə uzunmüddətli başgicəllənmə və nəfəs darlığından əziyyət çəkir, iyul ayında isə onun infarkt keçirmiş ola biləcəyi ehtimal olunur.

Prokurorluq qaçma və şahidlərə mümkün təzyiq göstərilməsi riskinin yüksək olduğunu bildirərək onun azadlığa buraxılmasına qarşı çıxıb. Hakim Alvin Hellerstayn Floresin zahirən nisbətən sağlam göründüyünü qeyd edib. Vəsatət üzrə qərar hələ qəbul edilməyib.

Maduro və həyat yoldaşı 2026-cı ilin yanvarından Bruklindəki istintaq təcridxanasında saxlanılırlar. Onlar yanvarın 3-də Karakasda ABŞ hərbçiləri tərəfindən ələ keçirilərək Nyu-Yorka aparılıblar. Məhkəmə prosesi 2027-ci il iyunun 1-nə təyin edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm