Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
Bizi izləyin

MDB

Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO

Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO

Rusiya Prezidenti Vladimir Putin doğum gününü Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə birlikdə qeyd edib.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin bir gün əvvəl səhər saatlarında KİV-də Gerhard Şröderin “Globus” şirkətinin işləri ilə əlaqədar Moskvada olduğu barədə məlumat alıb. Prezident köhnə dostunu evinə dəvət edib. Gerhard Şröder dövlət başçısının dünən doğum gününü qeyd etdiyi zaman Vladimir Putinin yanında olub”, — deyə açıqlamada bildirilir.

Oktyabrın 7-də, çərşənbə günü Almaniya Federativ Respublikasının keçmiş kansleri Gerhard Şröder işgüzar səfərlə Moskvaya gəlib. “Globus” şirkətindən bildirilib ki, Şröder pərakəndə satış şəbəkəsinin rəhbərliyi və əməkdaşları ilə görüşür.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm