Putin ad gününü onlarla keçirdi
Bizi izləyin

MDB

Putin ad gününü onlarla keçirdi

Putin ad gününü onlarla keçirdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ad günündən danışıb.

Publika.az xəbər verir ki, o, "RİA Novosti"yə açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putinin ad günü məclisinə çox adam toplanmayıb.

O, "Rossiya" telekanalının jurnalisti Pavel Zarubinə isə belə deyib: "Çox az adam vardı. Lap az. Yalnız axşam ailəsi, qohumları və dostları onu ad günü münasibətilə təbrik edə biliblər".

Peskov xatırladıb ki, Putin ad günündə də işləyib və təxminən ondan çox beynəlxalq telefon danışığı aparıb. O, xüsusən də prezidentin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirməsini yada salıb.

Xatırladaq ki, iki gün öncə Kremlin mətbuat xidməti Putinin ad günü şənliyində Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə birlikdə çəkdirdiyi şəkli paylaşmışdı. Rusiya dövlət başçısı oktyabrın 7-də 74 yaşını qeyd edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm