Məşuqələrini əlcək kimi dəyişən milyarder gözəlçə - FOTOLAR
Bizi izləyin

Milyonçu

Məşuqələrini əlcək kimi dəyişən milyarder gözəlçə - FOTOLAR

Məşuqələrini əlcək kimi dəyişən milyarder gözəlçə

O, “MunaiGaz” neft qaz şirkətinin sahibidir. Şirkəti 2004-cü ildə bacısı ilə birlikdə yaradıb.Ailəsinin kifayət qədər təminatlı olmasına baxmayaraq, indiki səviyyəyə qədim sənət olan “kurtizankalıq” sayəsində ucalıb. Cibində milyardı, əlində Oksfordun diplomu, Holland-Parkda 56 milyon dollarlıq sarayı, beynəlxalq biznes imperiyası var.

Sevgili siyahısına şahzadə, lord, milyarder, məşhur maqnatlar kimlər-kimlər daxildir. Məşhur milyarder kişi ovçusu olan bu qadın prezidentin kürəkəni ilə belə filort edir. Söhbət qazax əsilli, Qazaxıstan SSR Kommunist Partiyasının üzvünün qızı Qoqa Aşkenazidən gedir. O, Qoqa ki, bir zamanlar qara “Volqa”da indisə “Rolss-roys” da gəzir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində qazaxıstanlı iş adamı Qoqa Aşkenazinin varlanma hekayəsini təqdim edir

Kommunist nəvəsi və qızı

Qaukar Berkalieva (sonradan Qoqa Aşkenazi) 1980-ci ildə Qazaxıstanın Cambul şəhərində anadan olub.Yeri gəlmişkən, Qauxar qazax dilində brilyant deməkdir. Berkalievanın atası Erkin Zeynullayeviç karyerasına meliorasiya sistemində adi mühəndis kimi başlayır. Lakin tez bir zamanda sovet sisteminin pilləkənlərində sürətlə yuxarı qalxmağı bacarır. Kommunist Partiyasının sənaye və ticarət şöbəsi üzrə regional komitəsindən birinə rəhbərlik edir.Müəyyən müddət sonra isə yoldaşları onu Mərkəzi Komitənin tərkibinə seçirlər. Ailə Moskvaya köçür.

Onu da bildirək ki, Erkinin yüksəlməsində şəhər partiya komitəsinin ikinci katibi olan atasının rolu da az olmur. Bu barədə bir qədər sonra.

Moskva həyatı

Qoqanın özünün dediyinə görə, 10 yaşına qədər Cambulda yaşayıb. Həmin vaxtları darıxdırıcı , elə də parlaq olmayan illər kimi xatırlayan Qauxar həyatında dönüşün məhz paytaxta-Rusiyaya köçdükdən sonra baş verdiyini söyləyir.

Qeyd edək ki, bir sıra mənbələr Qauxarın Moskvaya anası Saule Aralbayeva ilə birlikdə köç etdiyini bildirir. Bəzilərində isə Erkinin Moskvaya təyinat alıdığı üçün ailəsini özü ilə apardığı yazılır. Lakin o da yazılır ki, SSSR-nin dağılmasından sonra Erkin Berkaliev Qazaxıstana qaydır (yazılanlara inansaq Qazaxıstanda əlaqələrindən istifadə edib zavod alır və biznes-imperiyasının qurur). Saule Aralbayeva ilə Qauxar kimyaçılar üçün nəzərdə tutulan qəsəbədə rahat evdə yaşamaqda davam edirlər.

Partiya komitəsinin ikinci katibi

Yuxarıda vurğuladığımız kimi, ailənin köçü təkcə təyinat və ya ananın qızını götürüb ayrı yerə getməsi kimi sadə başa gəlmir.Versiyalara görə, bunda Qauxarın kommunist partiyasında əsas fiqur olan babası Berkaliyevin rolu az olmur. Belə ki, əvvəlcə Cambul partiya komitəsinin ikinci katibi olan Berkaliyev SSSR-də yenidənqurma başladıqdan sonra partiya rəhbərliyində yüksək vəzifə alır. Bu da ona qohumlarına əl tutumağa imkan verir. İlk işi Qauxarla valideynlərini Moskvaya yerləşdirilmək olur.

Qızına investisiya qoyur

“Təhlükəli Gözəllik” və ya “Çestnaya Kurtizanka” filmində olduğu kimi, Qauxar dünyanın ən ağıllı kişilərini yoldan çıxarmaq üçün əvvəlcə əla təhsilə sahiblənir. Çünki xarici görünüşünə görə, o, tipik Cambul qadınıdır–qarabuğdayı, kobud cizgili. 13 yaşında o, İngiltərədə qapalı məktəbdə oxumağa göndərilir. İlk öncə Buckswood Grange-də sonra Stowe-də təhsil alır. Sinif yoldaşları hələ də onu həftəsonu tətilindən əllərində dizayner mağazaların poşetləri ilə vertalyotla necə qayıtmasını xatırlayırlar: “Qauxar qeyri-adi məntiqə, iti ağıla sahib idi”.

16 yaşında o “Oksford”a qəbul olunur. Tarix və iqtisadiyyat dərsləri alır. Bu arada Qauxarın anası Saule Aralbayeva qızının Brtitaniyanın yüksək cəmiyyətinə düşmək üçün əlindən gələni edir. Onun investisiyası uğurlu alınır. Hazırda Saule qızları ilə bərabər Londonda varlıların məhəlləsində yaşayır. Əri Erkin isə Qazaxıstan senatının məsləhətçisi vəzifəsində işləyir. Bununla bərabər ölkənin sosial-demokrat partiyası olan “Aul”ın mərkəzi aparatına rəhbərlik edir.

Gizlədilən birinci evlilik

Qauxar Berkaliyeva ilk dəfə 18 yaşında ailə qurur. 1-ci əri Qırğızıstanın keçmiş prezidenti Əskər Akayevin oğlu Aydar Akayev (Nazarbayevin kiçik qızı Aliyənin birinci əri) olur. Onların evliliyi 1998-ci ildə baş tutur lakin ictimailəşdirilmir. Ona görə də bu haqqda heç bir bilgi yoxdur. Sənədlərdə isə A.Akayevin birinci arvadı kimi Nursultan Nazarbayevin qızı Aliyə göstərilir. Aydar Akayevlə ayrıldıqdan sonra müsəlman, yəhudi Lacivərd sahillərində bahalı yaxtalarda ayrı kişilərlə görünməyə başlayır. Hindistanın varlı ailələrindən birinin oğlu olan, elektronika nəhəngi “Binatone” Dino Lalvani ilə sevgi macərası yaşayır. Sonra “Formula-1” yarışlarının təşkilatçısı, italiyalı milyarder Flavio Briatoreyə başda gəlirdi.

Milyaderə özünü Nazarbayevin qızı kimi təqdim edir

Xarici mətbuatın yazdıqlarına əsaslansaq Qauxar Briatoreni Nursultan Nazarbayevin qızı olması ilə aldadır. Qırğızıstan haqqında heç bir anlayışı olmayan biznesmenin buna inanmaqdan başqa çarəsi qalmır.Öz aləmində hətta prezident qızı ilə əlaqələrinə görə öyünür. Aşkenazinin Flavio Briatoreni aldatmasının səbəblərinə gəlincə, bu Flavionun modellərə qarşı zəifliyi ilə bağlı olur. Belə ki, biznesmenin modellər üçün çizdiyi çərçivəyə uyqğun gəlməyən Qauxar ancaq Asiya ölkəsinin xanının qızı kimi onun diqqətini çəkə bilərdi. Doğrusu, Qauxar məqsədinə nail olur da. Flavio onunla zaman keçirməyə başlayır. Eləcə də ”dostunu” yaxın ətrafına, Yarno Trulli kimi məşhur yarış sürücülərinə təqdim edir. Həqiqəti öyrəndikdən sonra isə qızı yanından uzaqlaşdırır. Amma qazax qızı istəyinə nail olmuşdu. Bu münasibətin sayəsində onun arxasınca amerika, avstraliya milyoderləri sürünməyə başlayır. Eləcə də dünya Oksfordun şıltaq məzununu tanıyır.

Otelllər kralının gəlini

Müəyyən müddətdən sonra Qauxar amerikalı yəhudi milyarder, 5 ulduzlu otellər setinin – “L’Ermitage” nin sahibi Stefan Aşkenazi ilə tanış olur. Qısa müddətdən sonra cütlük evliliyə qərar verir. Beləliklə Qauxar Berkaliyeva Qoqa Aşkenaziyə çevrilir (hətta boşandıqdan sonra bu soyadı atmır). Toy mərasimi 2004-cü ilin sonu 2005-ci ilin əvvəlində baş tutur. Aşkenazilər otellərin idarəçiliyini oğullarına həvalə edirlər. Amma orada Qoqanın tələblərinə cavab verən pul olmur. Buna görə də Stefanın arvadı özünə yeni “yem” axtarmağa başlayır.

Qoqa və Nazarbayevin kürəkəni

Bütün pərəstişkar ordusu Qoqa üçün hələ yaxşı pul kisəsinin tapılması demək deyildi. 2005-ci ildə o, həyatının böyük şansı olan milyarder Timur Kulibaevlə (Nursultan Nazarbayevin kürəkəni) tanış olur. Onların məcara dolu sevgi münasibətləri başlayır. T.Kulibaev ailəsinin qoruyub saxlamağı bacarsa da Qoqa uzun sürən “buynuzlamadan” sonra otel biznesinin varisi ilə boşanır. Bu, məşuqların münasibətləri daha da irəlilədir. Hətta 2007-ci ildə Timurla Dinara Nazarbayeva Türkiyədə istirahət edərkən yaxtası ilə ora gedən Qoqa bir addımlıqda yerləşir. Sevgilisi ilə müntəzəm görüşməyə başlayır. Romantik görüşlərin nəticəsi olaraq məşuqların uşaqları Adam dünyaya gəlir.

Prezidentin kürəkənindən qeyri-qanuni uşaq doğur

Sevgililərin münasibətləri rəsmi Astanaya hələ ilk vaxtlardan bəlli olsa da, bu yöndə xəbərlər uzun müddət geniş ictimaiyyətdən gizlədilir. Hər kəs Timur Kulibaevi aliəcanlı, sadiq kürəkən olaraq tanımaqda davam edir. Ta ki, Böyük Britaniya qəzetləri Qoqa ilə münasibətlərindən silsilə məqalələr çap edənə qədər. Kürəkəninin məcarasından bezən Nursultan Nazarbayev onu cəzalandırır.Amma Timur Qoqadan olan uşağından imtina etməklə Nazarbayevlərin etimadını yenidən qazanır. Britaniya mətbuatına görə, Timur həyat yoldaşını və qaynatasını əmin edir ki, Qoqanın ikinci uşağı ondan deyil. Bu yöndə hətta sübut kimi DNT test sənədlərinin də göstərir.Lakin şaiyələr inansaq rəsmiləşdirilmədə Adam Timur Kulibaevin oğlu kimi göstərilib.

Qoqanın özü də uşağının Timurdan olduğunu gizlətmir. Hətta məşuqunu yaxşı valideyn kimi xarakterizə edir. Niyə də etməsin? Qoqa hamiləykən Timur ona Florensiyadakı 15-ci əsrə aid, Makiavelli ailəsi tərəfindən tikilən 28 otaqlı Villa Mangiacanne malikanəsini kirayələyir. Adi hallarda lüks otel funksiyasını daşıyan villada Qoqa öz xidmətçi ordusu ilə tək qalır.

Kişilər Qoqanı niyə sevir?

Kişilərin Qoqada nə tapması daim sual predmeti olub.Lakin onunla bir saat belə ünsiyyətdə olan adam məsələnin magik enerjidə olduğunu deyirlər. Qoqa ani bir anda stolun üstünə çıxıb rəqs edəcək qədər fəqlidi. Bu rəqs kişilərin huşlarını başından alır: “Onu nadir kəpənək kimi unutmaq çətindi”.

“Çox varlıyam”

Qoqa əsası gəlirini Qazaxıstandan əldə edir. Ona bütün bu imkanları Timur Kulibaev yaradıb. Məlumat üçün bildirək ki, Timur Kulibaev Nazarbayevin kürkəni olmaqdan əlavə dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “Qazprom”- un idarə heyətinin müstəqil direktorudur. Eyni zamanda Qazaxıstanda neft-qaz sektorunun kurasiyasi onun əlindədir. Kulibaevin biznesinə 500 -ə yaxın şirkət daxildir. Rəsmi rəqəmlərdə sərvətinin həcmi 2,5 milyard dollar göstərilir. Məhz T.Kulibaevin sayəsində son illər Qazaxıstandan 20 milyard dollar vəsaitin çıxarılaraq Avropada daşınmaz əmlaka və bankalara yatırılıb.Göründüyü kimi, varlı kişi ovçusunun Timurla münasibətləri də səbəbsiz deyil. Qoqa məhz sərvətinə görə, Timurun məşuqəsi olmaqla bərabər ondan uşaq dünyaya gətirərək bu münasibətləri daha da bərkidib. Hər nə qədər Qoqa ailəsinin Qazaxıstanda biznesinin olduğunu iddia etsə də hazırda sahib olduqları sıradan biznesin gətirdiyi uğurlar deyil. Əvvala, Qoqa “MunaiGaz Engineering” ("Kazmynayqaz”ın törəməsi) şirkətinin London ofisinin baş direktorudur. Bu şirkət neft qaz kəmərlərinin tikintisini aparır. Həmçinin o, investisiya şirkəti olan “MMG Qlobal Konsaltinq Qrupp”un direktorudur. “Vionnet” moda evinin səhmlərinin sahibidir. Bu hamısı deyil. Kulibaevlərə məxsus “Altın almas”ın səhmlərinin 5 faizi, “Kazturboremont”un səhmlərinin 5 faizi Qoqadadır.Bunlarla bərabər o, Vionne moda evinin sahibidir. Həmçinin Timurun 2 milyard dollarlıq sərvətində Qoqanın payı 400 milyon dollar təşkil edir. Özünün sonuncu müsahibəsində o Qazaxıstanın qızıl mədən sahəsinə əl atacağını bəyan edib. Eyni zamanda, “Kaşaqan” neft yatağında hissə almaq istəyir. Bu məqsədlə valideynlərinin adına bir neçə şirkət yaradıb.

Yeri gəlmişkən, Qoqa özünü milyoner hesab edir. 30 yaşının tamam olması münasibətilə təşkil etdiyi partidə “mən milyonerəm” deyərək qədəh qaldıran gözəlçə sərvətə özünün nail olduğunu iddia etmək kimi cəsarətə sahibdir: “Neft və qaz sektoru özünü mənə təqdim edən fürsət idi. Bu şansdan faydalanmamaq ağılsızlıq olardı.Mənim əlaqələrim, intellektim...”.

Onu da qeyd edək ki, Aşkinaze ilk neft müqaviləsini bağlayanda onun 23 yaşı olub: “İlk müqaviləmin dəyəri 270 milyon avro təşkil edirdi.Həmin vaxt yüksək cəmiyyətdən heç kimi tanımırdım”.

56 milyon dollarlıq ev və 15 xidmətçi

Qoqa Londonun ən bahalı yerlərindən olan Holland Parkda 56 milyon dollarlıq malikanədə yaşayır. Aşkenazi bu evdə ayın bir həftəsini belə keçirmir. Ancaq evdəki 15 xidməti personal - şef-aşpaz istinsna olmaqla, xidmətçilər, tibb bacısı, bağban, qapıçı, sürücü daim orada olurlar. Qoqa yarım milyon dollarlıq “Bentley” də gəzir. Xarici ölkələrə isə o Timur Kulibaevin şəxsi təyarəsi ilə səyahət edir. Qazaxıstanda da lüksündan qalmır. Qoqanın orada şəxsi “Mersedes” markalı avtomobili, cangüdən ordusu var. Bu arada onun Qazaxıstan hakimiyyətinin yüksək çinli məmuları ilə yaxın münasibətləri var.

Müsəlman, yəhudi, buddist

Xanım Aşkenazinin atası müsəlman, anası yəhudidir. Qoqanın özü isə uşaqlıqda xəstələndiyi zaman xaç suyuna salınıb. Hazırda varlı kişi ovçusu buddizmə sitayiş edir.

Məşuqlarının sayı

Qoqa bir qayda olaraq varlı və məşhur kişilərlə münasibət qurur. Məşuqları arasında şəhzadə, lord, televiziya maqnatı belə var. Bir sözlə, Qoqa Flavio Briatore və Timur Kulibaevlə kifayətlənməyib. Siyahısına York hersoqu şəhzadə Endryunu, “Fiat” konserninini varisi Lapo Elkannı, hətta Natom Rotşildi, milyoner Nikom Kendini, lord Edvard Spensor-Çerçilli, eləcə də televiziya maqnatı Dino Lalvanini daxil edib. Özü bu haqda belə deyir: ““Mən hər bir qızın xəyal edəcəyi situasiyadayam. Bir tərəfimdə milyaderlər, bir tərəfimdə də ingilis şahzadəsi var”. Bu münasibətlərdə ən çox sual doğuran York hersoqu şahzadə Endryu ilə münasibətlərdir. Hansı ki bunun geniş pərdəarxası səbəbləri var.

Niyə şəhzadə Endryu?

Əvvala,Yelizaveta II oğlu şahzadə Endryu varlı deyil. Şahzadə illik anasından 500 min dollar alır. Timur Kulibaevin 2,4 milyard dolları ilə müqayisəs Endryunu yarım milyardı o qədər kiçik rəqəm kimi görsənir ki, yalnız axmaq Qoqanın qazax milyaderi ingilis qəpik-qruşuna dəyişdiyini düşünə bilər.Sadəcə iş ondadır ki, Endryu Böyük Britaniyanın enerji təhcizatı problemləri ilə məşğuldur. Timur məhz İngilis neft şirkətləri ilə əlaqələrin qurulmasına dəstək almaq üçün Qoqadan şahzadəni başdan çıxarmasını istəmişdi.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm