Milyonçu
Məşhur milyarder 816 milyona nəhəng gəmi inşa etdirir - Məqsədi nədir?
“Steam” platformasının yaradıcısı və “Valve” şirkətinin həmtəsisçisi Qeyb Nyuell dünya okeanındakı fəaliyyətini genişləndirir.
Publika.az xəbər verir ki, milyarderin dəniz tədqiqatları ilə məşğul olan “Inkfish” təşkilatı Norveçin “Vard” gəmiqayırma şirkəti ilə yeni nəsil elmi-tədqiqat gəmisinin inşasına dair müqavilə imzalayıb.
Müqavilənin dəyəri təxminən 816 milyon dollar təşkil edir. “Vard”ın məlumatına görə, bu, şirkətin tarixində bir gəmi üçün ən böyük sifariş, eyni zamanda Norveç gəmiqayırma sənayesində bu tip ən iri müqavilədir.
Uzunluğu 162 metr olacaq “RV11000” adlı gəmi dəniz dibinin xəritələşdirilməsi və dərin okean tədqiqatları üçün nəzərdə tutulub. Layihə “Vard”, “Inkfish”, “YTMC” və İtaliyanın “Fincantieri Group” şirkətlərinin əməkdaşlığı çərçivəsində hazırlanıb.
Gəminin ən diqqətçəkən xüsusiyyətlərindən biri tarixdə ən böyük gəmi akkumulyator sisteminə malik olmasıdır. Bu sistem sayəsində “RV11000” 12 saata qədər tam səssiz rejimdə fəaliyyət göstərə biləcək ki, bu da yüksək dəqiqlikli akustik tədqiqatlar üçün mühüm əhəmiyyət daşıyır.
Bundan başqa, gəmi sualtı aparatların və dərinlik tədqiqatları üçün istifadə olunan robot sistemlərin buraxılması və qaldırılması üçün xüsusi avadanlıqlarla təchiz ediləcək.
Eni təxminən 28 metr olacaq “RV11000” gəmisində 130-a qədər ekipaj üzvü və alim yerləşə biləcək. Gəmidə müasir laboratoriyalar, ofislər, emalatxanalar və istirahət zonaları yaradılacaq.
Layihəyə əsasən, gəminin korpusu Rumıniyada inşa ediləcək, son tamamlama və avadanlıqların quraşdırılması isə Norveçdə həyata keçiriləcək. Nəhəng tədqiqat gəmisinin sifarişçiyə 2030-cu ilin əvvəlində təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, Qeyb Nyuell son illərdə yaxta və dənizçilik sahəsində də böyük sərmayələr yatırır. O, 2021-ci ildə “Inkfish” təşkilatını yaradıb, 2025-ci ildə isə məşhur Niderland gəmiqayırma şirkəti “Oceanco”nu tamamilə satın alıb.
Adəm
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO


















.webp)






.jpg)










.jpg)

.jpg)