Milyonçu
Maskın sərvəti 1 trilyon dollara yaxınlaşır: Dünyanın maliyyə xəritəsi dəyişə bilər
İlon Maskın sərvəti yaxın zamanda rekord həddə - 1 trilyon dollara çata bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirlir ki, amerikalı milyarder artıq tarixin ilk trilyoneri olmağa doğru irəliləyir.
Məlumata əsasən, bu sıçrayışın əsas səbəbi onun kosmos şirkətinin mümkün ilkin kütləvi səhm yerləşdirilməsi (IPO) olacaq. "SpaceX"in IPO-sunun (Initial Public Offering - İlkin Kütləvi Təklif) artıq gələn həftə baş tuta biləcəyi bildirilir.
Jurnalistlərin hesablamalarına görə, Maskın şirkətdəki payının dəyəri təxminən 542 milyard dollar təşkil edir. “Forbes”in son göstəricilərinə əsasən isə onun ümumi sərvəti artıq 800 milyard dolları keçib.
Planlaşdırılan IPO-nun fond bazarı tarixində ən böyük yerləşdirmə olacağı gözlənilir. Bildirilir ki, proses çərçivəsində 555 milyondan çox səhm 135 dollar qiymətində satışa çıxarılacaq və bu, şirkətin ümumi dəyərini 1,77 trilyon dollar səviyyəsində qiymətləndirəcək.
Qeyd olunur ki, İlon Mask bu satış zamanı öz səhmlərini bazara çıxarmayacaq. IPO-dan sonra da o, "SpaceX"in səsvermə hüququ olan səhmlərinin 82,4 faizinə nəzarəti qoruyacaq.
Məqalədə xatırladılır ki, "SpaceX" Maskın Marsda “özünü təmin edən şəhər” yaratmaq planlarında əsas rol oynayan şirkətlərdən biridir. Eyni zamanda şirkət ABŞ hökumətindən kosmos və aerokosmik sahədə böyük həcmli müqavilələr almaqda davam edir.
Paralel olaraq, 2025-ci ildə dünyada milyonçuların sayının və ümumi sərvət həcminin də rekord səviyyəyə çatdığı bildirilir. Analitiklər bunu əsasən qlobal birja bazarlarının güclü performansı və bir çox ölkələrdə inflyasiyanın zəifləməsi ilə izah edirlər.
Adəm
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO


















.webp)






.jpg)










.jpg)

.jpg)