Milyonçu
“Qarabağ”ın uğurlarının memarının biznes imperiyası
Azərbaycan futbolunun ən tanınan siması Qurban Qurbanov uzun illərdir təkcə meydandakı nəticələri ilə deyil, şəxsi nüfuzu, qazancı və biznes fəaliyyəti ilə diqqət mərkəzindədir.
Publika.az “Yeni Sabah”a istinadla xəbər verir ki, “Qarabağ”ın uğurlarının memarı kimi tanınan təcrübəli mütəxəssis son illərdə əsas işindən kənarda ciddi kommersiya şəbəkəsi formalaşdırmağa başlayıb.
Son olaraq ona məxsus “BMV Box” adlı mağazanın açılması Qurbanovun biznes fəaliyyətinin miqyasını yenidən müzakirəyə çıxarıb.
Yeni mağazada BMV markalı avtomobillər üçün aksesuar və ehtiyat hissələrinin satışı həyata keçiriləcək.
Açılış mərasimində “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, Qurbanovun köməkçisi Elçin Rəhmanov və sabiq dünya çempionu Hacı Əliyev kimi tanınmış simaların iştirakı edib.
Bu nəyi göstərir?
Birmənalı olaraq Qurban Qurbanov artıq yalnız futbol adamı deyil, həm də iş dünyasında tanınma istəyindədir.
Əslində, onun biznes fəaliyyəti yeni deyil. Bir müddət əvvəl məlum olmuşdu ki, Qurban Qurbanov idman geyimləri sektoruna da daxil olub. Ona məxsus şirkət “Adidas”, “Joma” və “Jako” kimi məşhur idman brendlərinin Azərbaycandakı rəsmi distribütorlarından biri kimi fəaliyyət göstərməyə başlayıb.
Şirkət artıq yerli futbol klubları ilə əməkdaşlıq edir. “Zirə”, “Turan Tovuz” və “Şəfa” klublarının forma və idman dəstlərini məhz Qurbanovun şirkətindən sifariş etdiyi bildirilir.
Mediada müzakirə doğuran məqamlardan biri isə “Şəfa” klubuna edilən jest olmuşdu. “Jako” formalarının çatdırılması gecikdiyi üçün şirkət müvəqqəti olaraq anbarda olan “Adidas” formalarını kluba təqdim etmişdi.
Məhz bu məqam Qurban Qurbanovun biznes modelində münasibətlərə və reputasiyaya xüsusi önəm verməsi kimi qiymətləndirilmişdi.
Qurban Qurbanovun maddi imkanları ilə bağlı rəqəmlər də illərdir ictimai maraq doğurur. Açıq mənbələrdə yer alan məlumatlara görə, o, “Qarabağ”dakı fəaliyyətinə görə aylıq təxminən 50 min avro maaş alır. Bu, illik hesabla 1 milyon manatdan çox gəlir deməkdir və Azərbaycan reallığında bu məbləğ kifayət qədər yüksək göstərici sayılır.
Maraqlıdır ki, milyonluq müqavilələrin sahibi olan Qurbanov özü dəfələrlə kasıb dövrlərini yada salıb. Baş məşqçi müsahibələrinin birində ilk qazancından danışarkən belə demişdi:
“17 yaşım vardı, səhv etmirəmsə, bəlkə də 16. 70 manat maaş almışdım. Zaqatala bazarında evə 40 manatlıq bazarlıq etmişdim”.
Bu sitat onun ictimai obrazında xüsusi yer tutur. Böyük gəlirlərinə baxmayaraq, mediada onun dəbdəbəli həyat nümayiş etdirməməsi də tez-tez vurğulanır.
Qurbanovun ailə və qohumluq əlaqələri də zaman-zaman gündəmə gəlib. Təcrübəli mütəxəssis “Qoç Ət” restoranlar şəbəkəsinin sahibi olan iş adamı (Sənan) ilə quda olub.
Qurban Qurbanov haqqında danışılan ən çox müzakirə olunan məsələlərdən biri isə onun AFFA ilə bağlı qərarıdır. Milli komandadan ayrıldığı dönəmdə ona, müqaviləyə əsasən, 2 milyon manat təzminat ödənilməli idi. AFFA rəhbərliyi həmin məbləği verməyə hazır olduğu bildirilsə də, Qurban Qurbanov bu vəsaitdən imtina etmişdi. Çoxları bunu onun prinsipial mövqeyi kimi qiymətləndirmişdi.
Bu gün Qurban Qurbanovun fəaliyyəti artıq yalnız məşqçiliklə məhdudlaşmır. Futbol akademiyalarından idman geyimlərinə, avtomobil aksesuarlarından biznes əlaqələrinə qədər uzanan geniş bir fəaliyyət dairəsi formalaşır.
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı



































.jpg)
