Milyarderlərin ağlını alan GÖZƏLLƏR
Bizi izləyin

Milyonçu

Milyarderlərin ağlını alan GÖZƏLLƏR

Milyarderləri həmişə yaradıcı qadınlar cəlb edir.

Milyarderləri həmişə yaradıcı qadınlar cəlb edir. Düzdür, bu münasibətlər bir çox hallarda romantik başlayıb, dramatik sonluqla qurtarır. Amma fakt faktlığında qalır ki, çoxlu pula sahib olmaq kişiləri əlavə əyləncələr axtarışına çıxarır.

Publika.az “Forbes”ə istinadən sevgilisi incəsənət sahəsinə çalışan iş adamlarını təqdim edir.

Tesla və SpaceX-in yaradıcısı İlon Mask və aktrisa Talula Rayli

İlon Mask 2008-ci ildə 5 uşağının anası kanadalı yazıçı Castin Maskla boşanaraq il yarımdan sonra Böyük Britaniyalı aktrisa Talula Rayli ilə nişanlandı. 2010-cu ildə gənc aktrisa və milyarder evlənsə də, bu 2 il çəkdi. Onlar boşandılar. İlon daim Talulanı sevəcəyini bildirdi. Bu, doğurdan da belə oldu. 2013-cü ildə cütlük yenidən evləndi. Lakin bu evlilik də uzun çəkmədi. Bu dəfə İlon Maks aktrisaya 16 milyon dollar təzminat ödədi.

Amerikalı milyarder Donald Tramp və model Melaniya Knayss

Slavyan modellə evlənənə qədər Tramp artıq iki dəfə evli olmuşdu. Belə ki, iş adamının birinci həyat yoldaşı çexiyalı model İvana Zelniçkova, ikinci həyat yoldaşı amerikalı aktrisa Marla Meypls idi. Yeri gəlmişkən, şayiələrə görə, Donald Tramp model Karla Burini və Karoy Yanqla da sevgi yaşayıb.

“Snapchat”ın yaradıcısı Yevan Şpiqel və model Miranda Kerr

“Forbes”in siyahısında ən gənc (25 yaşı var) milyarder olan Şpiqel və model 2015-ci ilin yayından görüşməyə başlayıblar. Şpiqeldən 7 yaş böyük olan Kerr isə ən yüksək qonorar alan modellərin siyahısında 6-cı yerdə qərarlaşır. Kerrin gəliri 5,5 milyon dollardır.

Fransalı milyarder Fransua Anri-Pino və aktrisa Salma Xayek

“Kering” holdinqinin sahibi olan Fransua (Alexander McQueen, Balenciaga, Bottega Veneta, Gucci, Saint Laurent) Salma ilə 2009-cu ildə evlənib. Bu evliliyə qədər cütlüyün artıq bir qızı var idi.

“Facebook”un və Plaxo və Napsterin yaradıcısı Şon Parker və müğənni Aleksandra Lenas

2011-ci ildə Parker gənc müğənni ilə nişanlandığını bəyan etdi. 2013-cü ildə Kaliforniya meşəsində Biq – Syurda cütlüyün nikah mərasimi baş tutdu. “People” jurnalının yazdığına əsasən milyarder toy mərasiminə nə az, nə çox 9 milyon manat xərcləyib. Hazırda cütlüyün iki övladı var.

“Avroxima”nın direktorlar şurasının sədri Andrey Melniçenko və model Aleksandra Melniçenko

Rusiyalı milyarder serbiyalı modellə 2003-cü ildə tanış olub. İki ildən sonra onlar evləniblər. 30 milyon dollara başa gəldiyi toy mərasimində dünya ulduzları Xulyo və Enrike İqlesiaslar, Uitni Hyuston, Kristina Aqilera çıxış ediblər. 2012-ci ildə milyarderin model xanimdan qızı dünyaya gəlib.

“Amazon.com”un sahibi Ceff Bezos və yazıçı Makkenzi Bezos

Ceff həyat yoldaşı ilə 1992-ci ildə Nyu-York hedcinq fondu D.E.Shaw-da tanış olub. Makkenzi müsahibələrindən birində qeyd edib ki, onların ofisləri qarşı-qarşıya imiş.

“Hər gün onun nəfəs kəsən gülüşünü eşdirdim. Bu halda necə vurulmaya bilərdim”, - deyə yazıçı bildirib. Bir il ötdükdən sonra cütlük evləniblər. Hazırda onların 4 övladı var.

“Twitter”in direktoru Cek Dorsi və model Lili Koul

Onlar 2013-cü ildə gurultulu eşq hekayəsi yaşasalar da bu uzun çəkmədi və cütlük ayrıldılar. “Capital Group” tikinti şirkətinin yaradıcısı Vladislav Doronin və model Noami Kempbell

Rusiyalı milyarderin qaradərili modellə münasibətləri 2008-2013-cü illərdə olub. O zaman Noami tez-tez Moskvaya gedirmiş. Hətta iş adamı Zara Hadidin dizaynerliyi ilə sevgilisinə bina sifariş belə verir. Noamidən ayrıldıqdan sonra Vladislav “Miss-Çin-2011” Luo Zilinlə görüşməyə başlayır. Son zamanlar isə onu rus model Kristina Romanova ilə görürlər.

Hindistanlı milyarder Arun Nayar və aktrisa Elizabet Xerli

Liz Xerli bundan əvvəl aktyor Xyu Qrantla nişanlı olsa da cütlük evlənmirlər. Lakin milyarderlə sevgili münasibətləri 2007-ci ildə evliliklə nəticələnir. Cütlük həm Britaniya adət ənənələrinə həm də Hindistan adətlərinə uyğun evlənirlər. Bu səbəbdən evlilik mərasimi 2 dəfə baş tutur. 4 ildən sonra Xerli ərinin ona qarşı zorakılıq etdiyini bildirərək boşanmaq üçün məhkəməyə ərizə verir. Nayarın yeni nişanlısı da modeldir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm