Dünyanın ən gənc milyarderi: 26 yaşlı Evan və 32 yaşlı sevgilisi - Pul qazanmaq asan imiş
Bizi izləyin

Milyonçu

Dünyanın ən gənc milyarderi: 26 yaşlı Evan və 32 yaşlı sevgilisi - Pul qazanmaq asan imiş

O, “Snapchat”ın yaradıcısdır. 23 yaşında bu şirkətin əsasını qoyub və milyonerə çevrilib. 2015-ci ildə şirkətinin hissələri 1 milyard dollara yüksəlib. Bununla da öz milyard dollarını qazanmasını təmin edib. Bu gün sərvətinin həcmi 2.1 milyard dollardır. Söhbət dünyanın ən gənc milyaderindən Evan Şpiqeldən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Evan Şpiqelin həyat hekayəsini təqdim edir.

Milyoner ailə

Evan Tomas Şpiqel 1990-cı ilin iyun ayında Los-Ancelesdə anadan olub. Valideynləri - Meliss və Con Şpiqellər məşhur hüquqşünasdırlar. Hələ övladları kiçik ikən milyonlarını qazanan Şpiqellər kifayət qədər bahalı rayon olan Pasifik-Paliseydsdə yaşayıblar. Ailədə Evandan başqa iki bacısı - Loren və Karolina var. Meliss Şpiqel uşaqları kiçik yaşdaykən hüququ ataraq, onların tərbiyyəsilə məşğul olub. Milyarderlərin əksəriyyətindən fərqli olaraq, E.Şpiqelin uşaqlığı kifayət qədər təmtəraqlı keçib. Ailənin şəxsi yaxtası, luks avtomobilləri, qulluqçuları, şef-aşpazları var idi. Hətta Evan universitetin birinci kursunda oxuyarkən avtomobili “Cadillac Escalade” idi.

Valideynləri boşanır

Evan Şpiqel yaxşı təhsil alır. 15 yaşında iki perestijli kursa yazılır və burada o, qrafik dizaynını öyrənir. Atası Evanı bəxtinin nə qədər gətirdiyini göstərmək üçün hər Yeni ildə kasıbların və evsizlərin yaşadığı məhəlləyə aparır. 2000-ci ilin sonunda ailə üçün çətin dövr başlayır. Meliss və Con Şpiqellər 20 ildən sonra boşanmağa qərar verir. Uzun və yorucu məhkəmə prosesi başlayır. Səbəb də iki professional hüquqşünasın evlilikləri dövründə aldıqları əmlakları, qazandıqları pulları bölüşdürə bilməmələri olur. Nəhayət razılığa gəlirlər.

Yaxşı təhsil alır, özünə şirkət yaradır

Orta məktəbi bitirən Evan Şpiqel Stenfordun tələbəsi adını qazanır. Bir zamanlar atası da burada təhsil almışdı. Universiteti bitirdikdən sonra uzun müddət nə ilə məşğul olacağını bilmir. Bir müddət bioloji təbabət şirkətində təcrübə keçir. Daha sonra müəllim olmağı qərar verir. Hətta şagirdlərə menecmentdən dərs də deyir. Nəhayət komputer texnologiyaları ilə maraqlanmağa başlayır. “Intuit” şirkətində müəyyən təcrübə topladıqdan sonra özünə biznes ortaqları tapır. Onlar Stenforddan tələbə yoldaşları Bobbi Merfi və Redji Braun olur. Deyilənlərə görə, məhz Redjinin ağlına smartfon telefonlarına “Picaboo” proqramını yazmaq gəlir. 2011-ci ilin iyun ayında layihə işləməyə başlayır. Avqustda Şpiqel və Merfi Braunu layihədən kənarlaşdırmağa qərar verirlər. Hətta ortaqlar Braundan canlarını qurtarmaq üçün “Cooley” hüquq firmasından vəkil də tuturlar. 2012-ci ildə Braun iddia qaldıraraq biznesdən pay istəyir. Bu zaman Şpiqel və Merfi “Picaboo”nun adını dəyişərək “Snapchat” adlandırırlar. “Snapchat” o qədər məşhurlaşır ki, 2013-cü ildə “Facebook”un yaradıcısı Mark Zükenberq sosal şəbəkə ilə maraqlanır. Evan Şpiqelə “Snapchat”ın səhmləri üçün 1 milyard dollar təklif edir. Evan razılaşmır və nəticədə Mark təklifini 3 milyard dollara qaldırır. Amma E.Şpiqel yenə də onun təklifini geri çevirir, uduzmur da. Bu gün “Snapchat”ın dəyəri 18 milyard dollardır. 2015-ci ildə şirkətin dövriyyəsi 60 milyon dollar təşkil edib. “Forbes”in qiymətləndirməsinə görə, Evan Şpiqelin şəxsi sərvəti 2,1 milyard dollara çatıb. Və o dünyanın ən gənc milyoderlərindən sayılır.

“Snapchat” haqqında

“Snapchat” 1-10 saniyə müddətində video və ya fotoşəkil göndərə biləcəyiniz mobil tətbiqdir. Həm İOS, həm də Android platformalarda istifadəsi mümkün olan bu proqramın ən sevilən xüsusiyyəti isə göndərilən media fayllarının (foto, video) ən çox 10 saniyədən sonra silinməsidir. Bu da media fayllarının təhlükəsizliyi və başqalarının onları yükləmək imkanı olmaması kimi xüsusi üstünlüklər yaradır. Təbii olaraq, gənclərin bu xüsusiyyət çox xoşuna gəlir. Hər gün 700 milyon video və fotolar əlavə edilən mesajların göndərilməsi də bunun sübutudur. “Snapchat” proqramında göndərilən mesajın sadəcə 10 saniyə qalması xüsusilə yeni nəslin daha çox xoşuna gəldi. Təhlükəsizliyinə daha düşkün olan yeni nəsil “snapchat” istifadəçilərinin böyük hissəsini təşkil edir. Məsələn, “Facebook”un yaş ortalaması 40 olduğu halda, “Snapchat” istifadəçilərinin ortalama yaşı 18-dir. “Snapchat” kamerasının yuxarı kənarlarından flaş özəlliyini, mətn əlavə etməyi və göndərilən mesajın neçə saniyə qalacağını müəyyən edərək mesajı göndərirsiniz. Digər mesajlaşma xidmətləri kimi dost siyahınızı yarada bilirsiniz. Hər istifadəçinin barkodu olduğu “Snapchat”da, hər hansı bir istifadəçinin barkodunu kameranıza oxutduqda, həmin şəxsi avtomatik olaraq, dostluğa əlavə etmiş olursunuz. “Snapchat” daha əvvəl də qeyd etdiyimiz kimi, istifadəçinin video çəkməsini və bu video üzərində mesaj yazmaq, məyyən rəsm çəkərək öz nəzarəti altında olan dost siyahısıyla paylaşa bilməsini mümkün edən sosial platformadır. Bu şəbəkə ancaq gəlir məqsədi olmayan müxtəlif təşkilatlarla işləyir. Əməkdaşlıq etdikləri əsas şirkətlər internet təhlükəsizliyi üzərində aparılan işlərdə böyük rol oynayan Connect Safely, UK Safer Internet Centre, iKeepSafe ve Net Family News (alələr üçün texnologiya platforması) kimi şirkətlərdir.

Gənc milyarderin şəxsi həyatı

Evan Şpiqel həmişə gözəl qadınların diqqətini çəkib. O, müğənni Teylor Svift və model Keyt Aptonla sevgi münasibətləri yaşayıb. Milyarderin xüsusilə model və aktrisa Miranda Kerrlə yaşadığı romantik münasibəti dillərə dastan olub. 25 yaşlı milyarder 32 yaşlı gözəlçə ilə 2015-ci ilin yayından görüşməyə başlayıb. Bu münasibətlər onların nişanlanması ilə bitib.

Onu da bildirək ki, M.Kerr əvvəllər Orlando Blumomla evil olub. “Victoria’s Secret”in eks mələklərindən olan Miranda şəxsi həyatını gizli saxlamağı sevir. Lakin medianın yazdığına görə, o Evandan əvvəl avstraliyalı milyarder Ceymes Pekeromla sevgili olub.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm