Hər şeyi sevgilsinə verən, heç vaxt evlənməyən, QİÇS-dən ölən brend sahibi - - FOTOLAR
Bizi izləyin

Milyonçu

Hər şeyi sevgilsinə verən, heç vaxt evlənməyən, QİÇS-dən ölən brend sahibi - - FOTOLAR

O bir zamanlar Avropanın məşhur moda dizayneri, yüksək dəb dünyasının dələduzu hesab edilirdi. 44 yaşında vəfat edib. Ölüm səbəbi kimi bəzi mənbələr QİÇS-i, bəziləri xərçəngi göstərirlər. Söhbət məşhur dizayner Franko Moskinodan gedir.

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində bu şəxsin həyatı və gördüyü işlər haqqında maraqlı məlumatları təqdim edir.

Franko Moskino 1950-ci ildə Milandan 22 kilometr aralıda, İtalyanın kiçik şəhərciyində -Abbiategrassoda anadan olub. Atası hazır geyim fabrikinin sahibi idi. Frankonun da böyüyəndən sonra bu biznesin başına keçməsi planlaşdırılırdı. Lakin gələcəyin dizaynerinin 4 yaşı olanda atası qəfildən vəfat edir. İstedadlı, üsyankar xarakterə sahib Franko fabrik sahibi olmaqdan imtina edib, rəssam olmaq üçün Milana üz tutur. Orada yüksək incəsənət akademiyasına (Accademia delle Belle Arti) qəbul olur. Təhsilini bitirdikən sonra moda jurnalı və reklam agentlikləri üçün ştatdan kənar illüstrator işləməyə başlayır. Çox keçmir ki, onu "Bazil" şirkətində dizayner vəzifəsinə dəvət edirlər. İlk vaxtlar taleyini geyim dizaynı ilə bağlayacağını ağlına belə gətirməsə də, rəssam olmağı xəyal etsə də, həyat onu başqa yola yönəldir.

Franko 1971-77-ci illərdə Gianni Versacinin yanında illüstrator işləməyə başlayır. Bununla da moda dünyasına düşür. 1977-ci ildə İtaliya moda evi "Cadette" Frankonu dizayner vəzifəsinə dəvət edir. Franko burada özünün ilk geyim kolleksiyasını yaradır. 11 sezonu əhatə edən kolleksiya modanın ənənələrini özündə əks etdirirdi. Bu başlanğıc idi. Bu kolleksiya üzərində iş sadəcə gələcək modelyerin tərzini müəyyən edir.

Həyatının qadının tapır

“Cadette” adlı kolleksiyanın üzərində işlədiyi zaman Franko gənc dizayner Rossella Giardini ilə tanış olur. Bu onun həyatına ən vacib anına çevrilir. Çünki aşıq olur. Düzdür, əvvəl Franko Rosseloyun diqqətini çəkmir:

"Sözün düzü onu ilk dəfə görəndə mənə sıxıcı gombul təsiri bağışladı. Daha sonra o arıqlamağı qərara aldı və daha çox kişi kimi görünməyə başladı" - deyə Giardini həmin günləri belə xatırlayır.

Sonra Rossella aksesuar və ayaqqabı xəttinə - "Bottega Véneta"ya transfer edilsə də, bir ildən sonra onlar həmişəlik birləşirlər. Bu qadın onun təkcə tərəfdaşı deyil, həm də sevgilisi olur. Franko vəfat edənə qədər bu münasibətlər davam edir. Rossella bu haqda belə deyirdi:

“Frankoyla qeyri-adi, çox gözəl və qəribə dünyaya düşmüşdüm".

"Moschino" brendi yaranır

Rossella ilə tanışlıq təkcə Frankonun taleyində deyil, "Moschino" brendinin yaranmasında da həlledici rol oynayır. Onlar mükəmməl tandem yaradırlar:

"Franko ilə ekstravant, qəribə dünyaya düşdüm. O nəyisə düşünürdü, mən onu tamamlayırdım. Və ya əksinə".

1983-cü ildə Franko "Moschino Couture" etketi ilə qadın paltarı kolleksiyasını buraxır. Moskinonun avanqardlığı, Giardininin klassikası bütün kolleksiyalarda əksini tapır.

Rossella kim idi?

1952-ci ildə İtaliyanın Berqamo şəhərində anadan olan Rossella iş həyatına satıcılıqla başlamışdı. 1976-cı ildə Nikola Trussardi ilə tanış olur və onun asistenti işləyir. Gənc Franko onun diqqətini özünə çəkə bilir. Cütlük birlikdə işləməyə başladıqdan sonra isə o, moda evinin aksesuar bölümünü idarə edir. Frankonun vəfatının ardınca moda evinin yaradıcı diorektoru təyin edilir. Rossella moda evinin sahib olduğu ənənəvi stili qoruyub saxlayır.

Qeyd edək ki, Franko da zamanında Rossellanı çox sevir. İtaliyada "Moschino" brendinin şərəfinə “Maison Moschino” hoteli açır. Bu ideyanı məhz Rossellanın istəyi ilə reallaşdırdığı deyilir. 63 otaqdan ibarət oteldə qiymətlər 270 avrodan başlayır.

Küçə teatrının palyaçosu

Franko Moskino Şanel, Barberri kimi klassik markalara yenilik qatmaqla geyimlərini dizayn edir. Və özünü küçə teatrının palyaçosu adlandırır:

"Mənim paltarlarımı geyinməkdən çəkinməyin. Bir gün evinizdə hər tayı bir cür olan ayaqqabı gördüyünüzdə sevinəcəksiniz. Bu hələ başlanğıcdır".

1985-ci ildə Moskino "Cheap and Chic" (Ucuz və qəşəng) kolleksiyasını təqdim edir. Bundan sonra onu təkcə İtaliyada tanımırlar. 1986-cı ildə dizayner kişi kolleksiyasını, cins, alt geyimləri, ayaqqabılar, ziyafət paltarlarını buraxır. 1987-ci ildə isə dünyaya məşhur "Moschino" ətirlərini bəxş edir. 1988-ci ildə Milanda ilk butikini açır. 1989-cu ildə Falcla birgə uşaq ayaqqabılarını dizayn edir. 1994-cü ildə Moskino yeni eko-kolleksiyasını "Ecouture"ni təqdim etməyə hazırlaşır. Lakin əcəl ona mane olur.

Moskino QİÇS-ə yoluxur

1994-cü ildə Moskino QİÇS-dən vəfat edir. Bəzi mənbələrdə onun xərçəngdən, hətta ürək tutmasından öldüyü iddia edilir. Franko Moskinonun ölümü ortağı, sevgilisi Rossella Giardini üçün böyük zərbə olur:

"Frankonun ölümündən sonra moda evini bağlaya bilməzdik. İcazə verə bilməzdik ki, onun adı yox olsun. Franko deyirdi ki, daha çox sevgi lazımdı, nəinki iş. Bunu bizim reseptimiz adlandırırdi. Komandamız onun ölümündən sonra da bu devizdən istifadə edir.

Rossela təkbaşına qalır

1994-cü ilə qədər Moskinonun asissenti işləyən Rossella brendin rəhbəri vəzifəsinə keçir. Dizaynerin işini davam etdirməyi qərara alır. 1995-ci ildə marka qadın və kişi eynəkləri istehsal etməyə başlayır. 2000-ci ildə Milanda moda həftəsində ilk dəfə olaraq, Moschino Cheap & Chic kolleksiyası təqdim olunur. 2001-ci ildən isə brend yeniyetmələr və uşaqlar üçün kolleksiya hazırlamağa başlayır. 2003-cü ildə brend Asiya bazarına çıxır.

“Moschino" moda evi

Kiçik moda evi kimi yaradılan “Moschino” hazırda dünya lideri mövqeyindədir. “Moschino” markasının təməl fəlsəfəsi “Moda əyləncədir!" şüarıdır. Üsyankar dizaynlarıyla kütlələrə çatan markanın, dünyanın hər yerindən alıcısı var. “Moschino”nun dizaynlarına nəzər saldıqda trendləri ələ saldığı, ironiya açıq-aşkar görünür. Məsələn, 2003-cü ildə bütün dünyada siqaret əleyhinə kampaniyanın başladığı zamanda bu brend aksesuarlarını - boyunbağları, kəmərləri siqaret formasında hazırlamışdı.

Yeri gəlmişkən, "Moschino" brendi 2000-ci ildən Aeffe SpA və Sportswear International SpA.şirkətinə məxsusdur. Alberta Feretti tərəfindən idarə olunan şirkətə bu xanımın öz brendindən başqa, daha bir neçə brend tabedir. Qeyd edək ki, 2013-cü ildən brendin art-direktoru Geremmi Skottdur.

L.Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm