Varlı özbək Krım tatarlarına görə 654 milyon dollar itirdi - VİDEO- FOTO
Bizi izləyin

Milyonçu

Varlı özbək Krım tatarlarına görə 654 milyon dollar itirdi - VİDEO- FOTO

Varlı özbək Krım tatarlarına görə 654 milyon dollar itirdi - VİDEO- FOTO

Rusiyanın Krıma müdaxiləsindən sonra o, da birjadakı “qara bazar ertəsi”ndə səhmləri dəyər itirənlərdəndir. Həmin gün qəhrəmanımızın zərəri nə az, nə çox 654 milyon dollar təşkil edib. Milyarderin səhm payı olan 3 şirkətdə - “Mail.ru Group”un səhmlərinin dəyəri 954 milyondan 825 milyon dollara, “Norilski nikel”in səhmlərinin dəyəri 754 milyon dollardan 717 milyon dollara, “Meqafon”nun səhmlərinin dəyəri 5,1 milyard dollardan 4,6 liyard dollara düşdü. Bünunla belə o, 18,6 milyard dolların sahibidir. Dünya üzrə milyarderlərin siyahısında 40-cı yerdədir. Söhbət Rusiyanın metallurgiya sektorunun maqnatı, “özbək” ləqəbli Əlişir Usmanovdan gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində Ə.Usmanovun varlanma hekayəsini təqdim edir.

Əlişir Usmanov 1953-cü ildə Özbəkistanın Namanqan vialyətində anadan olub. Dörd

nəfərlik ailənin ən büyük oğludur.Atası Burxan Usmanov Daşkəndin tanınmış prokurorlardan olub. Kiçik yaşlarında idmana həvəs göstərən Əlişir "Üç muşketyor”u oxuduqdan sonra qılınc və musketyor döyüşləri ilə maraqlanmağa başlayır. Nəticədə valideynləri onu qılıncoynatma təlimlərinə yazdırırlar. İki illik məşqdən sonra qılıncoynatma üzrə respublika gənclər yığmasına üzv olur. Bir müddət sonra idman növünün ustasına çevrilir. Sovet İttifaqının yığma komandasına qəbul edilir. Həmin ərəfədə ilk dəfə idman sarayında bədii gimnastika ilə məşğul olan gələcək həyat yoldaşı İrina Vineri görür.

1971-ci ildə Moskva Dövlət İnstitutunun Beynəlxalq hüquq fakultəsinə daxil olur: “1971-ci ildə oxumağa gedəndə sevgilim məni anlamırdı. Deyirdi ki, oxumaq üçün Daşkənd də var. Niyə məhz Moskvaya getməlisən. Lakin səfir olmaq üçün yüksək təhsil almalı idim”.

1976-cı ildə beynəlxalq hüquqi bitirən Əlişir Daşkəndə qaydıdır. Həyatında və karyerasında uğurlar onu izləyir. Atası Daşkəndin prokuroru, özü isə Özbəkistan Komsomol Mərkəzi Komitəsində baş referent idi.

Ölümdən xilas olur

1966-81-ci illərdə Usmanov Ümumittifaq Lenin Komunist Gənclər İttifaqına üzv olur. 1980-ci ildə o, Özbəkistan SSR DTK sədrinin müavinin oğlu, DTK-nın xüsusi şöbəsinin zabiti Nasımov və kənd təsərrüfatı nazirinin oğlu İlham Şaykovla birgə Cinayət Məcəlləsinin 3 maddəsi üzrə təqsirli bilinərək, həbs edilir. Ərköyün məmur övladlarına 8 il iş verilir. “Compramat.ru”-nun yazdığına görə, bu maddələrdən ikisi təcavüz və qəsblə bağlı olur. Usmanovun eləcə də Nasımovun ataları övladlarının şıltaqlıqları üzündən vəzifələrini itirirlər. 1986-cı ildə Usmanov səmimi qəlbdən peşman olduğuna dair ərizə yazır və vaxtından əvvəl şərti azadlığa buraxılır.Yeri gəlmişkən, Ə.Usmanov çox-çox sonralar bu hadisəni "siyasi repressiya" kimi izah edir.Bildirir ki, onlar klanlar arası mübarizənin qurbanı olublar: “Həbsdə olarkən sağ qalmam möcüzə idi. Ümumiyyətlə, heç çkim məni sağ görəcəyinə inanmırdı. Dustaq yoldaşların arasında ikisinin həbsində prokuror kimi atamın rolu olmuşdu”. Bu arada həbsdə olarkən Vaçiqan Petrosov adlı məşhur avtoritetin Usmanovu ölümdən xilas etdiyi bildirilir.İş adamı özü də bunu təkzib etmir: “Bu avtoritet onları atanın günahını oğul ödəməmlidir deyə başa salmışdı. Məndən kriminal aləmi tanıyıb-tanımadığımı soruşurlar. Necə tanımaya bilərəmki 6 il həbs çəkmişəm”.

Yeri gəlmişkən, 2000-ci ildə Özbəkistan Ali Məhkəməsi cinayət işi ilə bağlı hökmün saxta olmasına dair qərar çıxardı.

Çətin taleyinə rəğmən zəngin olur

Hələ 1980-ci ildən Ə.Usmanov fəal şəkildə bizneslə məşğul olmağa başlayır. Bəzi media orqanlarının məlumatlarına görə, Usmanov bu illərdə Özbəkistan-Belçika birgə müəssisəsi olan "Vita"nın (Daşkənd) vitse-prezidenti idi. Lakin həmin ərəfədə bu şəxs haqqında az adamın məlumatı var idi. Əlişir adı 90-ci ilin əvvəlindən iş dünyasına bəlli olmağa başlayır. Digər milyonçular kimi, onun da bəxti Rusiyanın dağılmış, yenidən qurulan bazar iqtisadiyyatında gətirir. İş həyatında Moskvadakı və Özbəkistandakı dostları az kömək etmirlər. Məhz onların dəstəyi ilə “Rusiyanın ilk müstəqil bankının” direktorlar şurasına daxil olur. Həmin dövrdə bankın fəaliyyəti “lazımlı” firmalara kreditlərin verilməsindən ibarət idi. Əsasən xarici olan firmalar ayrılan kreditə xarici valyuta alınırdı, həmin valyuta saxta fəaliyyət göstərən, mənşəyi bəlli olmayan konturagentlərin hesabına köçürülürdü. Əvvəlcə pul, sonra isə firma yoxa çıxırdı. 1993-cü ildə Əlişir "MAPO-Bank"ın həmtəsisçisi olur. 1990-1994-cü ilə qədər o həm də ”İnterkros” Qapalı Səhmdar Cəmiyyətində dirketorun müavini işləyir. 1992-ci ildə “Firma Bars” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradır.

1994-1998-ci illərdə beynəlxalq investisiya və maliyyə şirkəti olan "Interfin" nə rəhbərlik edir. 1998-ci ildə Əlişir Usmanov "Qazprominvestholdinq" in (“Qazpom”un törəmə şirkəti , debitor borcların qaytarılması ilə məşğul olur) baş direktorunun müavini vəzifəsində çalışır. 2000-ci ildə holdinqin baş direktoru təyin edilir (bu günə qədər də həmin vəzifəni icra edir).1999-cu ildə Usmanov "Arxangelsk almaz" ASC-nin Direktorlar Şurasına üzvü olur. Eyni ildə “Qazprom və “Qazprominvestholding” arasında polad bazarında birgə fəaliyyət istiqamətində müqavilə imzalanır. 2000-2001-ci illərdə “Qazprom" İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır. Bu vəzifəni icra edərkən o, "Severneftegazprom"un 100 faiz səhmlərinin idarəçiliyinin “Qazprom”a qaytarılmasına müvəffəq olur. 2005-ci ildə Usmanov “Coalco” şirkətinin rəhbəri Vitali Anisimovla "Metalloinvest" şirkətini ( keçmiş Mixayılov adına Dağ-Mədən Kominatının) səhmlərinin 97 faizinə sahiblənir. Məlumat üçün bildirək ki, "Metalloinvest"in səhmlərini Ə.Usmanov Gürcüstanın baş naziri, milyonçu Bizdina İvanişvildən satın alır. 2006-cı ildə "Kommersant" nəşriyyat evinin səhmlərinin 100 faizini əldə edir. Həmin ildə Usmanovun

Rusiyanın idman kanalı 7TV-nin səhmlərinin 50 faizini almaq istiqamətində danışıqlar apardığı bildirilir. 2007-ci ildə isə iş adamı Muz-TV-nin səhmlərinin 75 faizini əmlakına keçirir. 2007-ci ildə Usmanov daha bir layihəyə imza atır. Londonun futbol klubu “Arsenal”ın həmsahiblərindən birinə çevrilir. Milyarder klubun səhmlərinin 14,5 faizinə sahibdir. İş adamı həmçinin Amerika şirkəti “Films by Jove”-ni alaraq, Rusiya Dövlət Teleradio Şirkətinə məxsus 550 ədəd keçmiş sovet cizgi filmlərinin bütün dünyanın efir məkanında nümayiş etdirilməsinə lisenziya qazandırır.

Yayılan xəbərlərə görə, bu sövdələşmə Ə.Usmanova 5-10 milyon dollara başa gəlib. 2008-ci ildə Ə.Usmanov Yuri Milnerlə tanış olur və DST-nin (Digital Sky Technologies) səhmdarına çevrilir. Rusiya mobil operatoru "Megafon"un səhmlərinin 31 faizinin Ə.Usmanova məxsus olduğu da onun varidatı haqqında söyləntilərə daxildir. Bu əməliyyatın dəyəri təxminən 5 milyard dollar qiymətlənidirlir. İş adamı 2010-cu ildən Mail.Ru internet protalına da nəzarət edir. Usmanov o cümlədən Britaniya şirkəti "Middlesex Holdinqs"in vitse-prezidentidir.

“Özbək”i irəliyə çəkən görünməz əllər...

Ə.Usmanovun iş dünyasında birdən-birə bu qədər irəliləməsinə səbəb kimi onun qaranlıq əlaqələri göstərilir. Usmanov o insanlardandır ki, ona Viktor Çernomirdin, Oleq Soskoveç kimi dövrün parlayan adamları böyük simpatiya və hörmət bəslədiyirdi. “Özbək”in yaxın dostları arasında Rusiya Hərbi Sənaye Kompleksinin keçmiş rəhbəri Yevgeni Ananev, “Qazprom”un idarə heyətinin sabiq sədr müavini Pyotr Rodionov da var. Bundan əlavə qrup yoldaşına müxtəlif dövrlərdə Kremldə yüksək vəzifələrdə işləyən Sergey Yastrjembskiy də az yardım etməyib. Hətta Ə.Usmanovun bir müddət onun mənzilində yaşadığı da deyilir.

Bu əlaqələr arasında xüsusilə Usmanovun Yevgeni Ananevlə münasibətlərinin tarixi diqqət çəkir. Onlar 80-ci illərin sonlarında tanış olublar. Həmin vaxt Daşkənd prokurorunun oğlu varlı xaricilər üçün nadir heyvanların ovunu təşkil edən “8-ci gün Assosasiya” firmasına rəhbərlik ediridi.

Usmanovun müştərilərindən biri onun xarici kəşfiyyata işləməyə cəlb etməyə çalışsa da s o buna razı olmayaraq “maraqlı xaricilər” haqqından məlumatı Özbəkistanın DTK-na ötürürdü. Buradan da xəbər Moskvaya və DTK-nın 6-cı idarəsinə -Yevgeni Ananyevə verilirdi. Sonradan Usmanov özü Ananyevin kabinetində görünməyə başlayır. Beləliklə də onların xəbərçilikdən savayı işgüzar əlaqələri də yaranır. Bilavasitə Ananevin iştirakı ilə Usmanov Moskva ətrafında öz kiçik biznesini qurur. Ramensk plasmas zavodunun nəzdindəki sexdə polietilin torbalar istehsal etdirir. Məhsula təlabat yüksək olduğundan sex yaxşı gəlir gətirir. Usmanovun şəxsi mühafizə dəstəsi, Moskvanın mərkəzində yerləşən Suxarevskiy döngəsində ofisi və milyonerlərin əksəriyyətinin yaşadığı Rublevskiy şosesində villası peyda olur. Amma çox keçmədən politelen sexi yerli milis orqanlarının diqqətini cəlb edir.

İddidalara görə, buna səbəb sexin zavoddan çox qazanması olur. Belə ki, “özbək”in sexi zavoddakı tullantıları təkrar emal edirmiş. Ananyevin tutduğu post Usmanovu xilas edir.

18 milyardla Rusiyanı fəth edir

Xatırladaq ki, 2008-ci ildə Ə.Usmanovun sərvəti 9,5 milyard dollar (Rusiya üzrə 19-cu), 2009-cu ildə 1,6 milyard dollar (Rusiya üzrə 26-cı),2010-cu ildə 7,2 milyard dollar (Rusiya üzrə 14,dünya üzrə 100), 2011-ci ildə 17.7 milyard dollar (dünya üzrə 35, Rusiya üzrə 5) olub. “Forbes”in 2012-ci ildəki hesabatında iş adamının varidatı 18 milyard dollar dəyərləndirilib. Beləliklə də o, Rusiyanın 1-ci, dünyanın isə 28-ci ən varlı iş adamı hesab edilib. O ,eyni zamanda İngiltərənin ən varlı şəxslərindən sayılır. 2010-cu ildə “The Sunday Times” qəzeti onu Böyük Britaniyanın 10 ən varlı adamından biri olduğunu açıqlayıb.

Əlişir Usmanov sonsuzdur?

Əlişir Usmanov Rusiyanın bədii gimnastika üzrə baş treneri İrina Vinerlə evlidir. Yuxarıda qeyd etdiyimiz kimi onlar Usmanov hələ qılıncoynatma ilə məşğul olduqları zaman tanış olublar. Nikahları isə 1992-ci ildə baş tutub. “Özbək” İ.Vinerin ikinci nikahıdır. Birinci nikahdan İrinanın Anton Viner adlı oğlu var.Hazırda o ,Usmanovun oğulluğu sayılır. İş adamının doğma övladı yoxdur. Usmanovun yaxın qohumu kimi daha çox Babur Usmanovun adı çəkilir ki, o da Özbəkistanın baş nazirinin qohumu ilə evlidir.

Usmanovun ortaqları

Əlişir Usmanov Yuri Milner, Oleq Deripaska, Roman Abramoviçlə ortaqdır. Milyarderin biznesinə gəlincə, o, “Qazprom İnvest Holding” in baş direktoru, Digital Sky Technologies-in həmsahibi, "Kommersant"nəşriyyat evinin, kanal Muz-TV –nin sahibidir.

Hobbisi

Milyardin hobbisi qılıncoynatma, sanbo və cüdodur. Ə.Usmanovun Londonda villaya sahibdir. Eləcəc də milyarderin 300-350 milyon dollar dəyərində “Airbus” A 340-300 təyarəsi, “Dilbər” adlı yaxtası var.

Vətəndaşlığı

İngiltərə, Rusiya

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm