Müsahibə
Elmar Qasımov: “Bu medal mənə çox lazım idi” - MÜSAHİBƏ
Tokioda keçirilən cüdo üzrə "Böyük dəbilqə" yarışının üçüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub. Millimizi 100 kq çəki dərəcəsində təmsil edən Elmar Qasımov turnirin bürünc medalını qazanıb.
Qasımov ilk görüşündə tatami sahibi Aaron Volfu məğlub edib. Növbəti qarşılaşmalarda cüdoçumuz almaniyalı Dino Pfeyfferi, daha sonra isə kubalı Joze Armenter üzərində qələbə qazanıb. Yarımfinalda isə o, yaponiyalı dünya çempionu Haqa Rinosukeyə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Elmar Qasımov bu mərhələdə Qazaxıstan təmsilçisi Maksim Rakova qalib gələrək "Böyük dəbilqə"nin bürünc medalını qazanıb. Bu yarışla bağlı Elmar Qasımov (100 kq) Azərbaycanın Cüdo Federasiyasına müsahibə verib.
Publika.az həmin müsabiqəni təqdim edir.
- Sindao və Cecuda Qran-pri yarışında bürünc medal əldə etdikdən sonra Tokioda mübarizə aparmaq Sizə çətin olmadımı?
- Yorğunluq, praktiki olaraq yoxdur, bərpa normal keçir. Son ay ərzində ardıcıl keçirilən reytinq turnirlərində nəticə göstərmək lazım idi. Odur ki, Tokioda əlimdən gələni etdim. Üçüncü yer uğrunda Maksim Rakovla qarşılaşma əsl çarpışma oldu.
- Yeri gəlmişkən, əvvəllər də qarşılaşdığınız sabiq dünya çempionu ilə budəfəki tutaşmanın taktikası necə idi?
- Rakovu üstələmək olduqca çətindir. Son vaxtlar onun üsulu dəyişib, çəkisi artıb. Əgər rəqib əvvəllər əsasən fəndlərə üstünlük verirdisə, indi ən yaxşı tutaşmaları fiziki keyfiyyətləri hesabına həll edir. Bu vəziyyətdə mübarizəni elə qurmaq lazım idi ki, onu çaşmağa vadar edəsən. Həm də Rakovu daim qabaqlamaq, ona əl-qol açmağa imkan verməmək lazım idi. Sonda hər şeyi rəqibə ünvanlanan xəbərdarlıq həll etdi. Demək olar ki, plan baş tutdu.
- Son üç həftədə siz Sindao və Cecuda Qran-pri yarışında, Tokioda “Böyük dəbilqə”də üç bürünc medal qazanmısınız. Mükafatlardan hansı sizin üçün daha əhəmiyyətlidir?
- Klassiklərdən biri deyib ki, yadda qalan sonuncu olur. Ona görə də Yaponiyada uğur qazanmağım mənim üçün xüsusilə qiymətlidir. Bu, hər halda mövsümün son startı idi və hamı fərqlənmək istəyirdi.
- Bu nəticə həm də reytinqdə mövqeyinizi möhkəmləndirəcək...
- Bax, elə mən də bunu deyirəm. Ona görə də bu medal mənə çox lazım idi. Bununla yanaşı, xatırlayıram ki, Tokioda “Böyük dəbilqə” yarışında komanda sonuncu dəfə dörd il əvvəl fərqlənib. O zaman Kifayət Qasımova (57 kq) üçüncü yeri tutmuşdu.
- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
- Monqolustana toplantıya yola düşəcəyik. Komanda artıq oradadır. Elxan Məmmədovla (100) mən uşaqlara qoşulacağıq. Ali məqsəd – Olimpiada uğrunda gərgin məşq etmək lazımdır.
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı





































