Müsahibə
Azərbaycanlı müğənni: “Bu gün də həmin sevgi ilə yaşayıram” - MÜSAHİBƏ
İncəsənət aləmində futbol həvəskarları çoxdur. Zaman-zaman əhəmiyyətli oyunlarda aktyorları, müğənniləri stadionlarda görmək olur. Müğənni Emin Bədəlov da top oyununun aşiqlərindəndir. "Kəpəz"in rəsmi saytına müsahibə verən gənc sənətçi futboldan, azarkeşlik etdiyi komandadan danışıb.
Publika.az həmin müsahibəni təqdim edir.
- Futbol sevgisi məndə uşaqlıqdan var. Çoxları kimi dünyanın ən sevimli idman növünə könül vermişəm. Futbolda baş verənləri hər gün izləyirəm. Hətta dostlarla yığışıb özümüz də tez-tez futbol oynayırıq. Hər bir gəncəli kimi "Kəpəz"in azarkeşiyəm. Bu klub mənə çox doğmadır. Komandamızın titulları var. Düzdür, indi klubumuz yenidən formalaşır, əvvəlki ənənələrini bərpa etməyə çalışır. Turnir cədvəlində mövqeyi də pis deyil. İnşallah, addım-addım zirvəyə doğru qalxacağıq. "Kəpəz"in Müşahidə Şurasının sədri Elmir Vəliyev komandaya dəstək verən insandır. Onu tanıyıram və bilirəm ki, klubun uğur qazanması üçün əlindən gələni edir.
- Havanın necə olmasından asılı olmayaraq, sizi həmişə Bakıda səfər oyunlarında tribunada görürük...
- "Kəpəz"in uğurlarına sevinən insanam. Hədsiz dərəcədə istəyirəm ki, komandamız yenidən çempionatda sözünü desin. Necə ki, illər öncə həmişə öndə olub, çempionluqlar yaşayıb, kubok alıb. İnanıram ki, tez bir zamanda "Kəpəz" yenidən ölkənin ən güclü klublarından biri olacaq. Futbol Gəncəyə, uğur "Kəpəz"ə yaraşır.
- Bəs sizi Gəncədə ev oyunlarında nə vaxt görə biləcəyik?
- Yəqin ki, tezliklə. İmkan olan kimi yaxın vaxtlarda doğma şəhərimizdə "Kəpəz"in ev oyununu izləməyə gələcəyəm.
- Hər bir azarkeşin doğma komandasında sevimli futbolçusu olur. Emin kimin oyununu daha çox bəyənir?
- Bütün futbolçularımızın çıxışı ürəyimcədir. Hər birinə azarkeşlik edirəm. Onlarla uğur qazanacağımıza əminəm. Braziliyalı futbolçumuz Dario Frederikonun oyununu isə xüsusi qeyd etmək istərdim. Dario sürətli və texnikalıdır. Rəqibin 2-3 futbolçusunu aldadaraq keçməsi alqışa layiqdir. Təəssüf ki, zədəlidir və komandaya kömək edə bilmir. Ümid edirik ki, tezliklə sağalıb "Kəpəz"ə qoşulacaq. Juninyo da təcrübəli oyunçudur, komandaya xeyri dəyir.
- Gəncəli uşaqların arzusu "Kəpəz"də oynamaq və ya güləşlə məşğul olmaq olub. Sizin belə istəyiniz olub, yoxsa elə əvvəldən musiqini seçmisiniz?
- (gülümsəyir) Yox, mən uşaqlıqdan müğənni olmağı arzulamışam, musiqini seçmişəm. Amma ürəyimdə futbola da sevgi olub və bu gün də həmin sevgi ilə yaşayıram.
- Futbol sevgisi sərhəd tanımır. Dünya futbolunda kimə azarkeşlik edirsiz?
- “Real”a və “Bavariya”ya azarkeşlik edirəm. Hazırda futbolumuz inkişaf edir. Arzu edirəm ki, futbolumuz o səviyyəyə çatsın ki, dünya klublarına yox, elə öz komandalarımıza azarkeşlik etməklə kifayətlənək.
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz