Müsahibə
Emin Ağalarov: “Bu, mənim üçün ağır travma ilə nəticələnə bilər” – FOTOLAR
Heydər Əliyev adına Sarayın konsert salonunda tanınmış müğənni və bəstəkar Emin Ağalarovun konsertöncəsi mətbuat konfransı keçirilib. Emin Ağalarov mətbuat konfransında Publika.az-ın da suallarını cavablandırıb.
- Əgər bütün dünyanın sizi eşitmək şansı olaydı, hansı mahnını ifa edərdiniz?
- Belə bir şansım olsaydı, dahi sənətkar Müslüm Maqomayevin “Синяя вечность” mahnısını ifa edərdim. Bu mahnını hər kəsin eşitməsini ürəkdən istərdim. Belə şansı layiqli şəkildə dəyərləndirmək lazımdır.
- Sizi tez-tez Elvis Presli, eləcə də Müslüm Maqomoyevlə müqayisə edirlər. Sizin buna münasibətiniz necədir?
- Bu müqayisə məntiqli deyil. Çünki Müslüm Maqomayev peşəkar opera müğənnisi, həm də nadir səsə malik insan idi. Onu Luçano Pavarotti kimi dahi sənətkarlarla müqayisə etmək daha düzgün və ədalətli olardı.
- Sizcə, musiqi daha çox ürəyi yaralayan bıçaq, yoxsa beyin üçün məlhəm rolunu oynayır? Ümumiyyətlə, musiqi hansı hallarda təhlükəli olur?
- Çox qəliz sualdır.
- Belə deyək, musiqi sizin üçün nə ifadə edir?
- İndi daha aydın oldu. Musiqi qəlibimdəkiləri ifadə etməyin bir üsuludur. Musiqi ilə məşğul olmayanda, mahnı bəstələməyəndə, musiqiçilərlə birlikdə məşq etməyəndə özümü boşluqda hiss edirəm. Amma mahnı oxuyanda özümü sözün əsl mənasında xoşbəxt hiss edirəm.
- Gələcəkdə özünüzü aktyor kimi sınamaq və hər hansı filmdə çəkilməyi planlaşdırırsınız?
- Nəinki düşünmürəm, məndə ümumiyyətlə alınmaz. Çünki çəkilişlərə uzun müddət səbr edə bilmərəm.
- Səhv etmirəmsə, musiqidən əlavə boksla məşğul olursunuz. Boksla aranız necədir?
- Gördüyünüz kimi, heç də yaxşı deyil.
- Dünyaca məşhur kino ulduzu və Aykido döyüş növü üzrə yeddinci Dan qara kəmər ustası Stiven Siqalla yaxın münasibətləriniz var. Ondan dərs almağı düşünmürsünüz?
- Ondan dərs almaq mənim üçün ağır travma ilə nəticələnə bilər. (Gülürük) Onu da qeyd edim ki, mənim üçün musiqidə çempion Müslüm Maqomayevdirsə, boksda da kumurim sözsüz ki, Məhəmməd Əlidir. Yeri gəlmişkən onunla bağlı kiçik epizodu xatırladım: O, “Ən güclü rəqibiniz kim olub” sualına belə cavab vermişdi: “Ən güclü rəqibimlə hələ də mübarizə aparıram”. O, burada xəstəliyini nəzərdə tutmuşdu.
- Qarşıdan gələn ildə həm özünüzə, həm də bizə olan arzularınızı eşitmək maraqlı olardı?
- Bayağı səslənsə də, Yeni ildə hər kəsə sağlamlıq arzulayıram. Çünki ailədə kimsə xəstə olanda xoşbəxt olmaq mümkün deyil. Doğmalarınız hər zaman yanınızda olmasını diləyirəm. Əlbəttə ki, ən əsası xoşbəxtlik və sevgi dolu il arzu edirəm.
Aytən
-
Səhiyyə21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin120:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin120:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin119:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO
-
Hadisə18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı
-
Nida Xəbər 16:03Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
-
Nida Xəbər 15:50Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi

























.jpg)






.jpg)

