Müsahibə
Ölkədən “qaçan” olimpiya çempionumuz: “Ailəmlə internetlə görüşə bilirəm” – MÜSAHİBƏ
Nicat Rəhimov Azərbaycanı təmsil etdiyi vaxtlarda Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında ölkəmizə qızıl medal qazandırmışdı. Ancaq onun millimizdəki karyerası uzun çəkmədi. O, Azərbaycan Ağır Atletika Federasiyasında bəzi problemlərlə qarşılaşdı. Bundan sonra Nicat ölkəni tərk edərək Qazaxıstan millisi adına çıxış etməyə başladı. Ancaq onun sonuncu qələbəsi sözün əsl mənasında Azərbaycan Ağır Atletika Federasiyasına dərs oldu.
ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında Rəhimov Qazaxıstan milli komandasının heyətində dünya çempionu oldu. 22 yaşlı atlet birdən qaldırmanı 165, təkanla qaldırmanı isə 207 kq-lıq nəticə ilə başa vurdu. Bununla da o, yekunda 372 kiloqramlıq göstəriciyə nail oldu.
Təbii ki, bundan sonra federasiya daxilində bəzi söhbətlər yarandı, idmançının qaytarılacağı mövzusu gündəmə gəldi. Ancaq Nicatın bu barədə fikri hələ heç kimə bəlli deyil. Publika.az onun fikirlərini öyrənməyə çalışdı.
- Qazaxıstanda idman həyatınız necə keçir?
- Şükürlər olsun, hər şey yaxşıdır.
- Gələcək karyeranızı necə görürsünüz?
- Bu barədə indi nəsə demək çətindir. Heç bir söz deyə bilmərəm.
- Deyilənə görə, Azərbaycan Ağır Atletika Federasiyası sizi milliyə qaytarmaq haqda düşünür? Bu barədə fikriniz nədir, qayıdarsız?
- Ancaq 2016-cı ildən sonra vətənə, ailəmin yanına qayıda bilərəm. Milliyə isə bilmirəm.
- Qazaxıstan milli komandası ilə müqaviləniz 2016-ci ildə bitir?
- Burada müqavilə bağlamamışam. Sadəcə fikirləşirəm.
- Yəqin ki, bundan sonra sizinlə müqavilə bağlamaq barədə düşünərlər? Axı bu yaxınlarda Qazaxıstana dünya çempionluğu yaşatdınız...
- Yox, olsa da, mən istəmərəm.
- Yay olimpiya oyunlarından sonra hansı ölkənin adından çıxış etməyi düşünrsüz?
- Bu barədə dəqiq heç nə deyə bilmirəm. Çünki özüm də bilmirəm.
- Atanız da bu yaxınlarda müsahibələrinin birində “Nicat nə vaxtsa vətənə dönəcək” deyib.
- Əlbəttə, İnşallah qayıdacam. Amma yəqin ki, idman həyatına yox. vətəndə yaşamaq üçün...
- Buradan getməyinizin əsl səbəbi nə idi?
- Enver Türkileri Qazaxıstanda olduğu üçün idman həyatımı onun köməyi ilə burada davam etdirirəm. Onun məni çempionluğa daşıyacaq təcrübəli müəllim olduğunu bildiyim üçün bura gəldim.
- Keçmiş baş məşqçi Vanaevlə probleminiz nə idi?
- Vanevlə heç bir problemim yoxdur. Mən azərbaycanlıyam. Qazaxıstan adına dünya çempionu olsam da, Azərbaycan vətəndaşlarının mənim bu qələbəmə görə sevindiklərini duşünürəm.
- Azərbaycana tez-tez gəlib-gedə bilirsiz? Sonuncu dəfə nə vaxt gəlmisiz?
- Yenə deyirəm, olimpiadaya qədər çox məşqlər olduğu üçün Bakıya gəlməyə vaxtım olmayacaq. Bura gəldikdən sonra getməmişəm.
- Rio Olimpiadasına Qazaxıstanı təmsil edəcəksiz?
- Bəli, olimpiya oyunlarına qatılmaq üçün Qazaxıstan adına yarışdım və lisenziya qazandım. Ancaq 2016-cı ildəki Olimpiya Oyunlarında bu ölkənin vətəndaşı olaraq yarışa bilərəm.
- Ailənizlə necə görüşürsünüz? Onlar da Qazaxıstandadırlar, ya Azərbaycanda?
- Xeyr, onlar Bakıdadırlar. İnternet vasitəsiylə əlaqə yaradıram.
- Azərbaycan millisindəki keçmiş komanda yoldaşlarınızla əlaqələriniz varmı?
- Əlbəttə... Bütün idmançılarla əlaqəm, münasibətim var.
Aygün İlqarqızı
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı





































