Müsahibə
Çempion: “Anam çox sevindi, o, inana bilmirdi ki...”
Bir neçə gün əvvəl mənzillə təmin edilən idmançılar arasında Avropa Oyunlarının qalibi Ayxan Mamayev də var. Mamayevin 2015-ci il ərzində ən yaddaqalan uğurlarından birincisi İlk Avropa Oyunlarında 84 kq çəki dərəcəsində Kumite yarışlarında qazandığı qızıl medal oldu. Bundan əlavə, o, İstanbulda keçirilən Avropa çempionatında yenə kumite yarışlarında ikinci yeri tutdu.
O da mənzil xəbərini sürprizlə qarşılayanlardandır. Ancaq idmançı bu mükafata layiq görüldüyü üçün xüsusi sevinc yaşayıb. Gənc karateçimizin sevincini bir də özündən dinləmək qərarına gəldik.
Ayxan Mamayev Publika.az-ın əməkdaşı ilə söhbəti zamanı sevincini bölüşdüyü ilk adamın da adını çəkdi. Həmçinin o, qarşıda hələ onu gözləyən yarışlar barədə də məlumat verdi.
- İlk olaraq sizi mənzillə təmin olunduğunuz üçün təbrik edirik.
- Təşəkkür edirəm, çox sevincliyəm...
- Bu barədə necə məlumat aldınız?
- Tədbirdən bir gün öncə məlumatım oldu. Bu barədə müəllimim mənə xəbər verdi.
- Bəs siz sevincinizi ilk olaraq kiminlə bölüşdünüz?
- Sevincimi ilk olaraq anamla bölüşdüm. O da çox sevindi, məni təbrik etdi.
- Oğlunun belə bir mükafata layiq görülməsini necə qarşıladı? Gözləyirdimi?
- Anam da çox sevindi. Deyərdim ki, o, inana bilmirdi...
- Yeni mənzilinizə nə vaxt köçəcəksiz?
- Hələ bu barədə bilmirəm. Qismət...
- Qarşıda hansı beynəlxalq turnirlər sizi gözləyir?
- Yarışlarımız çoxdur. 2016-cı ilin yanvarında Karate 1 Premyer liqası adlanan “Paris Open” yarışı olacaq. Ora hazırlaşırıq. İnşallah oradan da üzüağ dönərik.
- Bəs çəkinizdə hansısa dəyişiklik, yenilik etmək fikiriniz varmı?
- Xeyr, çəkimi dəyişmək fikrim yoxdur.
Aygün İlqarqızı
-
Səhiyyə21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin120:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin120:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin119:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO
-
Hadisə18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı
-
Nida Xəbər 16:03Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
-
Nida Xəbər 15:50Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi

























.jpg)






.jpg)

