Müsahibə
Azərbaycanda yeni məktəb – “Seçilən uşaqlar Türkiyəyə...”
Amil Həmzəyev Azərbaycan Basketbol üzrə milli komandasının üzvüdür. O, İlk Avropa Oyunlarında uğur qazanmaq üçün çıxış etsə də, aldığı zədə üzündən bu arzusuna çata bilmədi. Basketbolçu indi qarşıda onu gözləyən yarışlara hazırlaşır.
A.Həmzəyev bundan əlavə gənc basketbolçularımızın da inkişafı üçün çalışır. O, Türkiyənin "Fənərbağça" klubunun Bakıda basketbol məktəbini yaratmaq qərarına gəlib. Artıq o, bu məqsədlə Türkiyədə də olub.
Publika.az-a müsahibəsində Amil Həmzəyev həm Avropa oyunlarından sonrakı durumu, həm də yeni yaratmaq istədiyi məktəb haqqında məlumat verdi. O, həmçinin “Fənərbaxça”nı seçmə səbəbi və başqa klubdan gələn təklifdən də danışdı.
Xatırlatma...
Amil İlyas oğlu Həmzəyev Gəncə şəhərində anadan olub. 2010-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. İdmana elə doğulduğu Gəncə şəhərində başlayıb. 2004-cü ildə basketbola yazılıb. 2005-ci ildə isə Bakıya gənclərdən ibarət milli komandaya çağırılıb. Həmin ilin dekabrından da kişilərdən ibarət milli komandaya seçilib”.
- İlk Avropa Oyunlarında ciddi zədələndiniz. Təəssüf ki, nəticə də komandamız üçün ürəkaçan olmadı. İndi nə işlə məşğulsuz?
- Bəli, komandamız irəliləyə bilmədi, böyük təəssüf yaşadıq. İndi də tam olaraq zədəm sağalmayıb. Məqsədim növbəti yarışlara hazırlaşmaqdır.
- Qarşıda beynəlxalq dərəcəli yarışlar gozlənilirmi?
- Yayda 3x3 üzrə Avropa çempionatı var. Amma əsas 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlaşırıq.
- Eşitdiyimizə görə, Bakıda “Fənərbağça”nın məktəbini acmaq istəyirsiz?
- Bəli, artıq lisenziya almışam. Biz artıq “Fənərbağça”nın idman məktəbini açmağa hazrlaşırıq.
- Bu ideyanın müəllifi kim oldu? Yəni kim bu fikri gerçəkləşdirməyinizi dedi?
- Ümumiyyətlə mənim belə bir fikrim həmişə olub. Zədəli olduğum müddətdə ailə üzvlərimlə, əsas da qardaşımın məsləhəti ilə belə iş görmək qərarına gəldik. Məqsədimiz həm basketbolumuzu inkişaf etdirmək, həm də digər növlərə dəstək olmaqdır.
- Azərbaycan Basketbol Federasiyasından dəstək almağı düşünürsüz və ya alırsınızmı?
- Federasiya da mənə dəstək olur. Layihəmizdə bizə mümkün qədər köməkliklər edirlər.
- “Fənərbağça” bağladığınız müqavilənin müddəti nə qədərdir?
- Müqavilə göstərilmə tarixi onların prinsipi ilə 1 illik olur. Ancaq hər il yenidən 1 il daha uzatmaq şərti var.
- Maliyyə dəstəyiniz varmı? Yoxsa pulla bağlı problem yoxdur?
- Maliyyə dəstəyi ilə “Fənərbağça”nın əlaqəsi yoxdur. Sırf mənə aid mövzudur. Amma təbii ki, sponsor dəstəkləri gözləyirik.
- Bu məktəb barədə bir az məlumat verərdiniz. Məktəbin rəhbəri kim olacaq? Mütəxəssislər cəlb olunacaqmı? Məktəbinizdə çıxış etmək istəyən basketbolçular nece seçiləcək?
- Bakıda bütün “Fənərbaxça” idman məktəblərinin rəhbəri mənəm.
Basketbolda türk və yerli mütəxəssislərlə işləyəcəyik. 6-14 yaş arası hər kəs gəlib məşq edə bilər. Bizim məktəbdə təxminən 10 uşaq tam ödənişsiz məşq edəcək. Hansılar ki, bizi yarışlarda təmsil edəcəklər. Ümumiyyətlə isə “Fənərbağça” klubu həmişə bizə nəzarət edəcək. Seçilən uşaqlar Türkiyəyə - “Fənərbağça”ya dəvət ediləcək.
- Bəs məktəb ödənişli olacaq?
- Bəli, məktəb ödənişli olacaq. Ancaq müəyyən endirimlər də fikirləşmişik.
- Nə üçün “Qalatsaray”, “Beşiktaş” yox, məhz “Fənərbağça” məktəbi?
- “Fənərbağça”nı seçdik, çünki mən 2008-2009-cu illərdə bu klubun gənclərdən ibarət heyətində çıxış etmişdim. Seçilməyimə baxmayaraq, müəyyən səbəblərə, bəzi şəxslərə görə geri çağırılmışam.
- Bu barədə başqa klublarla heç danışıqlarınız olub?
- “Qalatasaray”dan da təklif gəlmişdi. Ancaq
biz “Fənərbağça”nı seçdik.
Çünki bütün idman növlərində irəliləməyi düşündüyümüz üçün bu
klubun üstündə dayandıq.
Aygün İlqarqızı
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı





































